Pişikotu(Valreian) faydaları

Pişikotu(Valreian) faydaları

  • Müəllif: admin2
  • Tarix: 13 iyun 2018
  • Baxış sayı: 529
  • 0 rəy
Pişikotu çoxillik ot bitkisi olub pişikotukimilər fəsiləsinə daxildir. Xalq arasında onu valerian da adlandırırlar. Latıncadan valere – sağlam ol deməkdir. Bu bitkinin ilk adı dunayın çənub-qərb sahillərində ilk dəfə onu görənlər tərəfindən verilmişdir. Belə ki, pişikotu müxtəlif xalqlarda və hətta, el arasında müxtəlif adlarla adlandırılmışdır. Yevrey həkim İssak Israel onun valerian adı ilə çağılmasını öz kitablarında qeyd etdikdən sonra bitkinin adı valerian olaraq qalmışdır. Dərman pişikotunun hündürlüyü 1 metrə qədər yüksələ bilir. Onun kökü uzunsov, silindr formasında olur. Dərman pişikotunun köklərindən çoxlu qalın kökcüklər çıxır. Bitkinin gövdəsindən yarpaqları çıxır. Onun çiçəkləri müxtəlif rənglərdə (tünd qırmızı, ağ, qızılgül rəngində,bənövşəyi və s.) olur. Pişikotu yayın əvvəllərində çiçəkləyir, sonra tuxumlayır. Pişikotu adətən nəm, meşəlik ərazilərdə yetişir. Pişikotu kökünün tərkibində su, zülallar, yağlar, karbohidratlar, həll olmayan və həll ola bilən lflər var.  Xalq təbabətində ondan dəmləmə, toz, ekstrat şəklində istifadə edilir. Onun tərkibindəki fito birləşmələr ödqovucu, sakitləşdirici və sidikqovucu təsirə malikdir. Pişikotu vannası orqanizmə sakitləşdirici təsir bağışlayır. Pişikotu kökündə uçucu yağlar(terpineol, pinen, terpen, kamfen və bu kimi yağlar), estrol, pişikotu sirkəsi,dubil maddələr, salonin, xatinin , sakitləşdirici mineral duzlar, valerian tərkibli turşular, izovalerian turşusu, limonen, alkohol və valerian var. Pişikotu kökündən sakitləşdirici, yuxunu normallaşdırmaq, nevrozları, ürək-damar sitemini, ürəkdöyünməni müalicə etmək məqsədilə istifadə edilir. Astma, miqren, epilepsiya, klimakterik nevroz, qalxanvari vəzi xəstəlikləri zamanı sistemli olaraq pişikotundan istifadə edilir. Pişikotu sakitləşdirici, spazm əleyhinə, epilepsiya əleyhinə təsir göstərir. Pişikotu qəbizlik əleyhinə də təsirə malikdir. Zehni yüklənmələr zamanı da pişikotu baş beyin funksiyasını stimulyasiya edir, oradakı pozğunluqları aradan qaldırır. Tibb sahəsində pişikotu tərkibli dərmanların sayı çoxdur. Pişikotunu dəmləmə, ekstrat, həb, damcı şəklində apteklərdən almaq mümkündür.
Pişikotundan yuxusuzluq zamanı istifadə edilir. Bu məqsədlə 1 çay qaşığı pişikotu kökünü 1 stəkan qaynar suya salıb 4 saat gözləmək və gün ərzində 2-3 dəfə ¼ stəkan içmək lazımdır. Daimi yuxu pozğunluqlarıı zamanı isə yatmazzdan əvvəl bu dəmləmədən 1 stəkan içilir.
Qalxanvari vəzin funksiyasının artdığı zamanlarda, əsəbi oyanqlıqda, isterik reaksiyalarda, epilepsiyada, qıcolmalarda, taxikardiya və ürək nevrozlarında xəstələrə pişpkotu dəmləməsi içmək məsləhət görülür.
Xalq təbabətində ev şəraitində pişikotu covhəri də hazırlanır. Bunun üçün 70*-li spirtin içərisinə 1:5 nisbətdə pişikotu kökü əlavə edilir və bir həftə sərin, qaranlıq yerdə saxlanılır. Bu dərman yatmazdan əvvəl 15 damcı qəbul edilir.
Xalıq təbabətində pişikotunun efir yağlı cövhəri də hazırlanır. Bunun üçün 1:4 nisbətində pişikotu ilə spirt qarışdırırlır və 4 gün qaranlıq yerdə saxlanılır. Sonra bu qarışıma öz həcmindən 2 qat artıq efir yağı əlavə edilib qarışdırılır və yenidən 72 saat qaranlıqda saxlanılır.
Qarın boşluğunda spazmlar, stresslər, əsəbi vəziyyət anlarında, soyuqlamalarda pişikotu cövhərini ilıq suya qatıb içdikdə orqanizm üçün çox faydalıdır.
Pişikotu kökünün toz halına salınmış formasından da xalq təbabətində istifadə olunur. Skarlatina, tif, pnevmoniya,miqren və qadın xəstəlikləri zamanı gün ərzində 1-2 qram qəbul edilir.
Sinir sistemi xəstəlikləri zamanı profilaktika məqsədilə pişikotuundan hazırlanmış likör orqanizmə sakitləşçdirici təsir edir. Bunun üçün 1 xörək qaşığı pişikotu cövhərini 1:1 nisbətdə su ilə qatıb içmək lazımdır.
Xaricə tətbiqi
Güclü stress, qorxu və təlaş olduğu zamanlarda uşaqları pişikotu cövhəri qatılmış ilıq suda vanna eləməkdə fayda var. Valerian vannasını yatmazdan əvvəl etmək lazımdır. Bir-neçə gün vanna etmək uşaqlarda olan gərginliyi, təlaşı aradan qadıracaq.
Soyuqlama zamanı pişikotu dəmləməsinin buxarını iyləmək , göz nahiyəsinə kompres qoymaq xəstəliyin əlamətlərini aradan qaldırır.
Böyüklər üçün çobanyastığı, pişikotu kökü, adaçayı qarışımından hazırlanmış vanna sakitləşdirici, rahatladıcı, qıcıqlanma əleyhinə təsir göstərir. Bu vanna sinir uclarındakı qıcıqlanmaları aradan qaldırdığına görə onu radikulit, tromboflebit, hipotenziya zamanı qəbul etməkdə fayda var.
Şərq təbabətində pişikotundan istifadə
Tibet təbabətində pişikotundan soyuqdəymə, sinir sistemi xəstəlikləri və zəhərlnmələr zamanı istifadə edilir. Qərbi Avropa ölkələrində isə sakitləşdirici və qan dövranını yaxşılaşdırmaq məqsədilə pişikotundan istifadə edirlər.
Pakistanda pişikotundan onurğa beyn funksiyasının pozulmaları və onun bərpası zamanı istifadəsinə üstünlük verilir. Bir çox mütəxəssislər pişikotunun iştahanı azaltdığını söyləyirlər. Buna səbəb isə onun orqanizmə sakitləçdirici, aclıq hissini yatışdırıcı təsirə malik olmasıdır.Ona görə də artıq çəki ilə mübarizədə pişikotunun da faydası var.
Kulinariyada pişikotu
Pişikotunun özünəməxsus qoxusu olduğuna görə bir çox Avropa mətbəxində onu salatların, içkilətin, marinadların hazırlanmasında istifadə edirlər. Bu məqsədlə onun yarpaqlarından istifadə edilir. Yarpaqlarının tərkibində olan C vitamini salatların orqanizmə olan faydasını daha da artırır.
Kosmetologiyada tətbiqi
Kosmetologiya dəri qıcıqlanmalarını aradan qaldırmaq, dəridəki alllergiya əlamətlərini azaltmaq və dərini sakitləşdirmək məqsədilə pişikotu əlavə edilən losyonlardan, mazlardan, kremlərdən geniş istifadə edilir.
Pişikotunun zərərli xüsusiyyətləri və ona əks-göstəriş
Pişikotundan hədsiz miqdarda qəbul etdikdə orqanizmdə bəzi narahatlıqlara səbəb ola bilir. Bu zaman ağızda quruluq, baş ağrıları, mədə narahatçılığı, gərginlik, huşun zəifləməsai,qəribə yuxugörmələr, yuxululq əlamətləri meydana çıxır. Buna görə də onu qəbul edən zaman həkimlə məslhətləşmək lazımdır. Bəzi xəstəliklər zamanı da pişikotu qəbul eləmək əks-göstəriş sayıla bilir. Bu xəstəliklərə aşağıdakılar aiddir:
* xərçəng
* depressiya
* cinsi zəiflik
* qıcqırma, qastroezofaqeal reslyuks
* yüksək təzyiq
* psorias, pevmatoid artrit
* autoimmun xəstəliklər
* psixi gərginliklər
Pişikotunun zərərli xüsusiyyətləri
Tibbi ədəbiyyatda uzun müddət pişikotu dərmanlarından istifadə etməyin mədə-bağırsaq sistemində problemlərin əmələ gəlməsinə səbəb olduğu barədə yazılara rast gəlinir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
loading...

"Pişikotu(Valreian) faydaları" haqqında müzakirə

Rəy əlavə et

Şifrə görsənmirsə yenilə