Ağ paltarlar və aspirin

  • Müəllif: elnare
  • Tarix: 4 yanvar 2017
  • Baxış sayı: 6 721
  • 0 rəy

Ağ paltarlar və aspirin.
Bütün  evdar  qadınların  arzusu  ağ  paltarların  uzun  müddət  istifadədən  sonra  ağ  qalmasıdır. Ancaq  buna  nail olmaq  çox  çətindir. Bəzən  ağ  paltarların  ağappaq  qalmas ı üçün  müxtəlif  kimyəvi  ağardıcılardan  istifadə  edilir ki, bu  da  həm  cibə, həm  də  həssas  dərili  uşaqlara  zərərdir.
Ağ  paltarlarınızın  ilk  günkü  kimi  ağ  qalmasını  istəyirsinizsə,  paltaryuyan  maşına  yuyucu  toz  tökdüyünüz zaman  üstünə  aspirin  əlavə  edin.
Aspirin  həm  paltarlarınızın  rəngini  ağardacaq, həm  d ə ləkələrin  təmizlənməsini  sürətləndirəcək. 1  kq  ağ  paltara 1  tablet  aspirin  kifayət  edir. Əgər  ağ  paltarlarınıza  ləkə  düşübsə ,  o  zaman  aspirini  soyuq  suda  həll  edib ləkənin  üstünə  tökün  və  bir  müddət  gözləyin. Ləkənin  yox  olacağının  şahidi  olacaqsınız. Bu  zaman  suyun  soyuq  olması  vacibdir. Çünki  ilıq  suda  həll  olan  aspirin  ləkələri  çıxartmaq  qabiliyyətinə  malik  deyil.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Ağ paltarlar və aspirin" haqqında müzakirə