Uşaqlarda sancılar

Uşaq çox möhkəm ağlayanda valideynlərə elə gəlir ki, onun qarnında güclü ağrılar var. Körpə uşaqların çoxu erkən yaşlarda sancılardan əziyyət çəkirlər. Belə uşaqlar ən çox axşam vaxtlarda güçlü ağlayırlar.
Səbəbləri.
1.Bağırsaq spazmı
2. Yedizdirilmə zamanı və ya ağlayanda havanın udulması
3. Qida allergiyası
4. Aclıq
5. Qidanın həzminin pozulması
6. Laktoza catmamazlığı və ya inək südünə qarşı allergiya
Simptomları.
Adətən sancılar uşaqlar doğulandan 2-3 həftə sonra baş verir və uşağın 4 ayı tamam olanda kecib gedir. Əgər uşaq müntəzəm olaraq yaxşı iştahası olmasına baxmayaraq naməlum səbəbdən ağlayırsa, ağlama zamanı ayaqlarını qarnına sıxırsa ,bunun öhdəsindən sərbəst gəlmək olar və ya məsləhətdir ki, pediatra müraciət etsin. Əgər uşaq pis yemək yeyirsə ,zariyirsa , 2 saatdan artıq ağlayırsa , hərarəti yüksəkdirsə,qusma , ishal varsa təcili tibbi yardima müraciət etmək lazımdır.
Siz nə edə bilərsiz ?
Uşağı çimizdirməklə, əskisini dəyişməklə fikrini yayındırmağa çalışın. Uşağı qucağınıza götürün, bir qədər onunla gəzişin, ona əmzik verin, bu, onu sakitləşdirə bilər. Onu masaj edin və ya qarnı üstə uzadın kürəyini sığallayın. Uşağı bərk bələyin, qarnına isti dəsmal bağlayın. Istənilən halda öz həkim pediatrınıza müraciət edin və ondan zəruri məsləhət alın.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
loading...
Добавить комментарий

Оставить комментарий

Şifrə görsənmirsə yenilə