İnaq
İnaq – kobud, səsin kəskin dəyişməsi, xırıltılı olmasıdır. İnaq uşaqlarda tənəffüs sisteminin patologiyasına aiddir ki, adətən gecələr meydana çıxır, stridor tənəffüs, öskürəklə müşayiət olunur.
Ümumi məlumat:
İnaq 4 yaşa qədər uşaqlarda rast gəlinir. Uşaqlarda inaq yarandıqda valideynlər qorxüya düşür, ehtiyat edir. Əslində isə inaq təhlükəli hesab olunmur, demək olar ki, özbaşına keçib gedir.
Səbəbləri:
İnaq KRVİ və qrip zamanı, traxeya və qırtlağın selikli qişasının şişməsi, spazmı nəticəsində, bəzən difteriya, allergiya və ya qanda kalsiumun çatmamazlığı nəticəsində baş verir.
Qırtlaq qapağının ( qığırdağın) virus və bakterial infeksiyaları nəticəsində yarana bilər. Bu zaman hərarət 39 dərəcəyə qədər qalxa bilər. Bu zaman uşaq yemək yeyə bilmir, hətta çarpayıya da uzana bilmir.
Simptomları:
Uşaq adətən gecənin ortasında ayılır, fitverici tənəffüslə öskürür. Onun səsi nəfəsalmada xoruz banına, nəfəsvermədə it hürüşünə bənzəyir. Öskürəkdən sifət qızarır. Əgər uşağın sifəti avazıyırsa, göyərirsə demək orqanizmə oksigen az daxil olur. Əgər hərarət 39 dərəcəyə qalxıbsa uşaq stasionara çatdırılmalıdır.
Bu zaman uşağı soyuq havaya çıxartdıqda və ya nəfəsini isti buaxara verdikdə uşaq vəziyyətdən çıxır. Bir neçə saatdan sonra inaq öskürəyi keçib gedir, bir neçə gün gecələr meydana çıxa bilər.
Siz nə edə bilərsiniz:
Uşağı bu zaman qorxutmayın, onu sakit edin. Ona isti buxarla nəfəs almağa imkan yaradın. Bundan ötrü havanı nəmləndiricilərdən istifadə edin. Əgər isti buxar kömək etmirsə, onda pəncərəni açın, soyuq hava ilə uşaq nəfəs alsın.
Əgər uşaqda zəiflik, dodaqlarda göyərmə, temperaturun 39 dərəcəyə qalxması müşahidə olunursa uşağı mütləq stasionara çatdırın.
Həkim nə edə bilər:
Xəstəlyin vəziyyətindən asılı olaraq həkim müvafiq müalicə təyin edir. Ağır hallarda uşaq hospitalizasiya olunur. Uşaq oksigen palatasına yerləşdirilir. Tənəffüs çətinləşdikdə reanimasiya tədbirləri aparılır.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"İnaq" haqqında müzakirə