Menstruasiya ağrılarını azaldan qidalar

Menstruasiya ağrılarını azaldan qidalar
0 0 27 yanvar 2018 0

Qadınlar menstruasiya zamanı qarınlarında şişkinlik, ağrı, stress hiss edirlər. Ancaq bu problemləri azaldacaq təbii qidalar mövcuddur. Mütəmadi olaraq dərman istifadə etməkdənsə təbii qidalara üstünlük vermək daha faydalıdır.

İmmunitet.az həmin qidaları təqdim edir:

Gilas – menstruasiyadan 10 gün öncə yeməli olduğunuz faydalı meyvələrdən biridir. Bu zamana qədər hər gün 15 gilas yemək, qarın və sinə şişkinliyini azaldır.

Banan – şişkinliyi azaltmaq üçün də banan yemək olduqca faydalıdır. Bununla yanaşı kartof, brokoli, soğan və pomidor faydalı olacaq qidalar sırasındadır.

Darçın – sakitləşdirici və rahatlaşdırıcı təsirə malikdir. Bu səbəbdən belə zamanlarda yatmazdan öncə darçın çayı içmək məsləhətdir. Darçın, bal, isti su qarışımı stresinizi azaldacaq.

Bitki çayları – dəyişən ruh halınıza kömək edərək sizi yaxşılaşdıracaq. Xüsusilə də çayları isti içmək daha faydalı olacaq.

OXŞAR XƏBƏRLƏR