GILAS HAQQINDA BILMƏDIKLƏRINIZ

  • Müəllif: elnare
  • Tarix: 28 dekabr 2016
  • Baxış sayı: 3 617
  • 0 rəy

GILAS HAQQINDA BILMƏDIKLƏRINIZ.
Gilas dadlı, sulu və ləzzətli bir meyvədir. Tərkibində çoxlu fosfor, B3 vitamini və C vitamini vardır. Gilas ağacının çiçəkləri bəlğəmgətirici təsirə malikdir, qabığının dəmləməsi isə qızdırmanı aşağı salır. Gilasın tərkibində çoxlu fitokimyəvi maddələr var. Bunlar meyvə və tərəvəzləri rəngini dəyişdirən piqmentlərdir ki, bu piqmentlər kanserogen maddələrə qarşı qoruyucu vasitə hesab olunur. Gilasın tərkibində olan kimyəvi birləşmələr antikonserogen, antilimfamotoral və antihistamin (allergiya əleyhinə) təsirə malikdir. Gilas orqanizmi zəhərli maddələrdən təmizləyən bir meyvədir. Böyrəkdə olan duz və qumlərı tökdürmək qabiliyyətinə sahibdir. Ən çox urat duzlarını tökdürür. Öd kisəsində olan daşların parçalanıb tökülməsində gilasın tərkibində olan turşu birləşmələrinin rolu böyükdür. Gilas sidikqovucu təsirə malik olduğundan bədəndə olan artıq mayeni xaric edir və bu səbəbdən də arıqlamağa yardımçı olur. Gilas zərərli qidaları bağırsaqdan xaric edir, qanı təmizləyir. Hisə verilmiş qidaların qəbulundan sonra bir ovuc gilas yeyilərsə qidanın zərərli maddələri aradan qalxar. Gilas bu xüsusiyyətinə görə qara ciyərin dostu sayılır. Qırmızı gilasın suyunu üz və boyun nahiyyəsinə sürtdükdə dəridə olan qırışlar açılır və dərinin rəngi durulaşır.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"GILAS HAQQINDA BILMƏDIKLƏRINIZ" haqqında müzakirə