Hamiləlik əleyhinə oral kontraseptivlər

  • Müəllif: elnare
  • Tarix: 29 dekabr 2016
  • Baxış sayı: 2 435
  • 0 rəy

Hamiləlik əleyhinə oral kontraseptivlər.
Bu növ kontraseptivlər yüksək dərəcədə effektlidir. Hazırda dünyada fazalığına, tərkibinə və hestagen komponentinə görə fərqlənən 500-dən çox müxtəlif kontraseptivlər mövcuddur. Monofazlı preparatlarda həblərin tərkibi eyni olur. İkifazlı kontraseptivlərin tərkibində estrogenin dozası daimidir, hestagen komponentin dozası isə menstural tsiklin fazasına müvafiq olaraq dəyişir. Üçfazlı preparatlar bir-birindən həm estrogen, həm də hestagen komponentin dozası ilə fərqlənən 3 növ həblərdən ibarətdir.
Müasir dövrdə istifadə olunan kontraseptivlər kiçik və mikrodozalı hissələrlə təqdim olunur.
Fazalığından, hestagen komponentdən, dozadan asılı olmayaraq kompraseptivlərin təsir mexanizmi eynidir. Əsas yeri ovulyasiyanın blokadası tutur. Bunun baş verməsinin səbəbi hipotalamusda qonadotporin rilizinq-hormonunun sekresiyasının tormozlanması nəticəsində hipofizdə FSH və LH hasilinin ləngiməsidir. Kompraseptivlərin qəbulu aşağıdakı hallarda əks-göstəriş sayılır:
1. Hamiləlik.
2. Anamnezdə olan ağır hipertenziya.
3. 35 yaşdan yuxarı siqaret çəkən qadınlar.
4. Qaraciyər funksiyalarında olan funksional pozğunluqlar.
5. Hormondan asılı olan xərçəng xəstəliyi.
6. Etiologiyası məlum olmayan qanaxmalar.
7. Nəzərəçarpan piylənmə.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Hamiləlik əleyhinə oral kontraseptivlər" haqqında müzakirə