Covid-19 təhlükəsi
Bu virusa yaşlı nəslin nümayəndələri daha həssasdır. Uşaqlar çox zaman simtomsuz daşıyıcı rolunu oynayır. Xəstəliyin törədicisi – eyniadlı ailənin nümayəndəsi sayılan RNT tərkibli SARS-CoV2 koronavirus hesab olunur. Bu patogen 2019-cu ildə kəşf olunmuşdur. Onun 2 ştammı (L və S) mövcuddur. İnfeksiya mənbəyi xəstə insan və ya gizli daşıyıcıdır. Virus hava-damcı, fekal-oral yolla yoluxur.
Koronavirus əlamətlərinin aşkarlandığı bütün şəxslər izolyasiya olunmalı və maska taxmalıdır. Xəstəliyin ağırlaşmış gedişində hospitalizasiya göstərişdir. Yüngül və orta ağırlıq dərəcəsində ambulator müalicə və nəzarət kifayətdir. Xəstələrə şəxsi gigiyena qaydalarına riayət, sağlam qidalanma, bol maye qəbulu və simptomatik vasitələr məsləhət görülür.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Covid-19 təhlükəsi" haqqında müzakirə