Qaraciyərdə kalsinatlar
Qaraciyər digər orqanlara nisbətən daha çox qayğıya ehtiyac duyur. Qaraciyər xəstəlikləri sayca çoxluq təşkil edir. Lakin müalicəsi adətən uzun və monotondur. Erkən müayinə düzgün diaqnoz qoymağa və müalicəyə başlamaq üçün faydalıdır. Çox təəssüfki qaraciyər xəstəlikləri yalnız yaşlılarda deyil hətta uşaqlarda da yarana bilər. Xəbərdarlıq əlamətlərinə məhəl qoyulmazsa xəstəliyin irəliləməsi, xroniki prosesi yaranar və hətta ölümə gətirib çıxara bilər. Xroniki xəstəliklərin müalicəsi daha mürəkkəb və uzun olmaqla yanaşı bəzən tez-tez digər orqan və sistemlərində sıradan çıxmasına səbəb olurlar.
Bütün qaraciyər xəstəlikləri bədən toxumalarının iltihabı və onun funksiyalarının pozulması ilə bağlıdır. Xəstəliyin səbəbləri müxtəlifdir: viruslar, bakteriyalar, helmintlər, pəhriz pozulması və bədəndə metabolik proseslər, immun sistemində baş verən qəfil axsamalar, digər xəstəliklərin ağırlaşmaları, onkologiya. Xəstəliyin erkən mərhələdə uğurlu diaqnozu, müalicə kursu keçməsi qaraciyərin funksiyasını bərpa edir. Nəticədə isə insan həyatdan zövq almağa davam edir. Lakin bəzən digər nəticələrdə olur. İltihab yerində kalsinatlaşma yaranır. Bu xəstəlik nə qədər təhlükəlidir gəlin araşdıraq.
Kalsinatlar nədir və necə yaranırlar?
Bəzən xəstəlikdən sonra, yəni bütün simptomlar getdiyində və qaraciyər stabil fəaliyyət göstərməyə başladıqda təsadüfi ultrasəs yaxud da rentgen müayinəsi zamanı həkimlər kalsinatlar aşkar edirlər.
Kalsinatlar adətən qaraciyərin vərəm, malyariya, amöbiaz kimi infeksion xəstəliklərə yoluxması nəticəsində yaranır. Bu növ kalsium çöküntülərinə bütün orqan və toxumalarda rast gəlmək olar. Nadir hallarda kalsinatları keçirilmiş hepatitlərdən və qaraciyərin uzun iltihabı zamanı aşkar edirlər. Qaraciyərin şişləri zamanıda belə duz “yataqları” aşka olunan hallar mümkündür.
Kalsinasiya prosesi orqanizmin qoruyucu funksiyalarına aid edilə bilər. Beləki bununla insan orqanizmi səbəbi “sementləyərək” özünü təhlükənin yayılmasından qoruyur. İlk öncə infeksiya və ya hər hansısa səbəb üzündən orqanın toxuması zədələnirki bu da qaraciyərin uzunmüddətli iltihabına və yaxud da hüceyrələrin məhvinə gətirib çıxarır. Tədricən orqanizmin müdafiə gücü qoşulur və ölmüş hüceyrələrin yerində xəstəliyi yayılmasının qarşısını alan duz lövhələri yaranır.
Kalsinatlar müxtəlif olur:
– tək;
– çox;
– xətti;
– iri;
– xırda.
Bu mineral lövhələr qaraciyərin müxtəlif hissələrində, qan damarlarında və öd yollarında yarana bilər. Kalsinatların yaranması bəzən orqanizmdə metobolizm proseslerinin pozulması, məhz kalsium mübadiləsinin patologiyası zamanı baş verir.
Qaraciyərdə kalsinatları necə diaqnoz etmək olar?
Belə diaqnozlar adətən təsadüf nəticəsində qoyulur, yəni hər hansısa digər orqanların müayinəsi zamanı aşkar edilə bilər. Kalsinatlar qaraciyərdə uşaq vaxtı travmalar zamanı, iltihab prosesi keçirildikdən sonra və ya təsadüfən yetişkənlik yaşında yarana bilər.
Rentgen müayinəsi – kalsinatlar yüksək sıxlığa malikdir və rentgen görüntüsündə çox yaxşı görünürlər.
Ultrasəs müayinəsi – adətən qaraciyər və öd kisəsinin digər patalogiyası üçün istifadə edilir. Bu üsulla böyük kalsinantları müəyyən etmək mümkündür.
Maqnit-rezonans və ya kompüter tomoqrafiyası dəqiq yeri və ölçünü müəyyən edə bilər.
Kalsium mübadiləsinin pozulması halı şübhə yaratdıqda onun qandakı səviyyəsini müəyyən etmək lazımdır.
Qaraciyərdə kalsinatları müalicə etmək lazımdırmı?
Kalsinatlar özləri müalicə tələb etmir. Lakin aşkarlandığı zaman onların ilkin yaranma səbəblərini müəyyən etmək lazımdır. Qaraciyərin xroniki xəstəliyi zamanı stabilləşmə yaranana qədər müalicə kursu almaq lazımdır.
Əgər diaqnoz cavabları mənfi olarsa, buna baxmayaraq qaraciyər stabil işləyərsə o zaman bu növ kalsinatları müalicə etməyə ehtiyac yoxdur.
İnsan özünü necə hiss etməsinə, sağ tərəfdə ağrı və ağırlığın yaramasına, həzm prosesinə diqqət və nəzarət etməlidir. Həkim müayinəsinə getdikdə həyəcanınızın boşa çıxması xəstəliyin ilk mərhələsini və boşuna nəticəsiz müalicəyə vaxt itirməkdən daha yaxşıdır.
Qaraciyər funksiyasının tənzimlənməsi və xəstəliyin qarşısını almaq üçün düzgün qidalanma və pəhriz seçmək, bəzi yemək vərdişlərini dəyişmək kimi qaydalara riayət etmək tövsiyə olunur. Daha çox mövsumi meyvə-tərəvəzlərdən, göyərti, az yağlı olan ət və süd məhsullarından istifadə edilməlidir. Dəniz balıqlarına, zeytun yağı kimi bitki yağlarına üstünlük verilməlidir. Qənnadı məmulatlarını bal, qoz-fındıq, quru meyvələr, mövsüm meyvə və giləmeyvələri ilə əvəz etmək olar. Yeməklər daha çox buxarda bişmiş və qaynadılmış halda qəbul etmək məsləhətdir. Siqaret, spirtli içkilər, tünd çay və qəhvədən imtina edilməli. Kifayət qədər adi su içilməlidir. Su çatışmazlığı zamanı orqanizmdə şlaklar yaranması baş verir.
Belə xəstəlik zamanı xalq təbabətindən istifadə edərək də müalicə almaq istəyi yarana bilər. Lakin həkim müayinəsi və müalicəsi daha dəqiqdir. Çünki xalq təbabəti ilə özünü müalicə nəinki fayda verməyə bilər, ən pis halda orqanizmə əks təsir edərək onun vəziyyətini daha da pisləşdirər.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Qaraciyərdə kalsinatlar" haqqında müzakirə