Durmadan gəyirmələr sizi narahat edir?

  • Müəllif: elnare
  • Tarix: 13 aprel 2021
  • Baxış sayı: 646
  • 0 rəy

Gəyirmə – mədə möhtəviyyatının xarakterik səslə ağız boşluğuna qəfil qayıtmasıdır. Əksər insanlarda gəyirmə zamanı ağız azacıq açılır. Gəyirilən qazlar çox vaxt neytral dad və iyə malik olur. Kəskin iyli məhsullar və içkilər (sarımsaq, soğan, spirtli içkilər) qəbul etdikdə gəyirmə anında ağızdan xarakterik iy gəlir. Mayenin eruktasiyasında müxtəlif intensivlikli turş, bəzən isə acı dad hiss olunur.  Qıcqırma əsasən qaz əmələ gətirən məhsulları yedikdən sonra müşahidə olunur. Bir sıra hallarda gəyirmədən əvvəl epiqastral nahiyədə ağırlıq və ağrı yaranır. Hava və maye ximusun ağıza atılması ilə vəziyyət xeyli yüngülləşir. Normada bu əlamət gün ərzində 15-30 dəfə təkrarlanır. Onun tezləşməsi, acı və ya çürüntülü dadın olması, gəyirmənin hıçqırma, ürəkbulanma, qusma və qarında ağrı ilə
müştərəkliyi qastroenteroloqun müayinəsinə göstəriş sayılır.  
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Durmadan gəyirmələr sizi narahat edir?" haqqında müzakirə