ONURĞA BEYNI DÖVRANININ TRANZİTOR POZULMALARI

Tranzitor mieloişemiyalar zamanı ocaqlı spinal əlamətlər 24 saat ərzində keçib gedir. Tranzitor mieloişemiyaların aşağıdakı sindromları var:
-Düşən damcı sindromu – onurğanın boyun şöbəsinin degenerativ-distrofik zədələnmələri zamanı baş verir. Bəzi hallarda isə fəqərə arteriyalarının boyun şöbəsi seqmentlərinin müvəqqəti işemiyasına səbəb olan ateresklerozu ilə birlikdə baş verir. Başın əks tərəfə sürətlə çevrilməsi və ya arxaya atılması zamanı əllərdə və ayaqlarda yaranan zəifliklə xarakterizə olunur. Xəstə yıxılır, boyun və ənsə nahiyyəsində ağrı hiss olunur, şüur dəyişmir. 2-3 dəqiqədən sonra ətrafların gücü bərpa olunur, əllərdə dərin reflekslər zəifləyir, ayaqların gücü qayıdır. Bir neçə dəqiqədən sonra nevroloji status normallaşır. Amma baş yenidən kəskin dönərsə tetraparez yenidən təkrarlanır.
-Unterharnşeydt sindromu – boyun ostexondrozu zamanı beyin kötüyü və boyun qalınlaşmasının işemiyası nəticəsində baş verir. Bu əlamət şüurun 2-3 dəqiqəliyə pozulması ilə keçən qəfil tetraplegiya ilə xarakterizə olunur. Şüur bərpa olandan sonra xəstələr 3-5 dəqiqə ərzində hərəkətsiz qalır və ətraflarda sərbəst hərəkətlər müşahədə edilir. Paroksizmlər basin kəskin dönmələri zamanı yaranır.
-Növbələşən mielogen axsaqlıq – Bel osteoxondrozu zamanı, disk yırtığının aşağı kökcük-onurğa beyin arteriyalarından birinə təsiri nəticəsində yaranan mieloişemiya zamanı əmələ gəlir.
Uzunmüddətli gəzinti və ya digər fiziki iş zamanı zəiflik, ayaqlarda keyləşmə, bəzən sidik və nəcis ifrazına tələbkar çağırışlarla xarakterizə olunur. Xəstə bir müddət oturduqda ayaqlarındakı ağrı hissi keçib gedir, sonra durub gəzdikdə ağrı yenidən başlayır.
Xəstədə axsaqlıq bel nahiyyəsində onurğa kanalının anadangəlmə və ya qazanlımış daralması zamanı da baş verə bilir. Bu zaman xəstələrdə yeriş zamanı əvvəlcə əzabverici ağrılar ayağın distal hissəsində olur, sonra isə qasıq büküşünə qədər yayılır. Qısamüddətli istirahətdən sonra bu pozulmalar keçib gedir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"ONURĞA BEYNI DÖVRANININ TRANZİTOR POZULMALARI" haqqında müzakirə