Qıcolma
QICOLMA
Qıcolma orqanizmdə sərbəst xəstəlik kimi baş vermir, o hansısa bir xəstəliyin əlaməti kimi təzahür edir.Adətən qıcolmalar əsəb sisteminin xəstəlikləri zamanı baş verir.Bu xəstəliklərə aşağıdakılar aiddir:
1.Epilepsiya
2. Spazmofiliya
3.Nevrozlar
4.Psixolar və s.
Uşaqlarda baş verən qıcolmalar isə adətən bədən hərarətinin yüksəlməsi səbəbindən olur.
ƏLAMƏTLƏRİ:
Qıcolma zamanı xəstə huşunu itirir Əzələlərin qəfildən və kəskin spazmı , beyində qıcıqlanmanın artması buna səbəb olur.Qıcolmalar az yaşlı uşaqların hərarətinin 39* -41*-yə qalxması nəticəsində əmələ gəlir . İlkin əlamətlərini diqqətli analar dərhal görürlər. Qıcolmanın ilkin əlamətləri bunlardır:
– xəstənən rənginin avazıası
– dodaqlarının ətrafının göyərməsi
-üzün gərilməsi
– mimiki əzələlərin dartılması
Ən sonda uşağın başı geriyə doğru qatlanır , uşaq huşunu itirir.
Bu hadisə baş verən zaman ana ilk növbədə həkim çağırmalıdır.Həkim gələnə kimi isə özu xəstəyə ilk yardım göstərməlidir.
Əvvəlcə xəstəni rahat yerə uzatmalı , köynəyinin yaxasını açmalı,kəmərini boşaltmalıdır.Xəstə öz dilini dişləməsin deyə onun ağzına dəsmal qoyulmalıdır.Xəstəni əl və ayaqlarını tutmaq lazımdır. Yaxşı olardı ki, bu arada ətrafdakılardan kim isə uşağa qızdırmasalıcı dərman versin .Belə məqamlarda ən yaxşı dərman vasitəsi qızdırmasalıcı şamlardır.Dərman öz təsirini göstərənə qədər xəstənin qollarını, sinəsini, bud nahiyyəsini yaş dəsmalla silmək lazımdır.
Xəstəni belə tutmalar zamanı üzüyuxarı saxlamaq olmaz ,çünki,uşaq qusa bilər.Qusuntu kütləsinin qida borusuna düşməsi digər fəsadlara yol aça bilər.Qıcolma tempratur səbəblidirsə tempratur düşən kimi xəstəliyin əlamətləri də keçib gedir.
Qıcolmanın müddəti bir neçə saniyədən bir neçə dəqiqəyə qədər olur.Qıcolmanın ağır forması vardır ki. bu zaman ardı-ardına dəfələrlə tutmalar davam edir.
Qıcolma tutması baş verən xəstəni stasionarda dəqiq yoxlatdırmaq lazımdır .Ola bilsin ki, bu əlamət sinir sistemi xəstəlikləri ilə əlaqəli olsun.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Qıcolma" haqqında müzakirə