Klimaks və onun təbii üsullarla müalicəsi
Klimaks – qadın cinsiyyət sisteminin funksional fəallığının zəifləməsi ilə əlaqədar meydana çıxan əlamətlər kompleksidir. Klimaks özünü “istibasmalar”, ürəkdöyünmə, tərləmə, arterial təzyiqin tez-tez dəyişməsi, yuxululuq, halsızlıq, depressiya, yaddaşın zəifləməsi, tez-tez sidiyə getmə, dırnaq və saçların kövrəkləşməsi, dərinin quruması ilə göstərir. Klimaks müxtəlif qadınlarda fərqli yaşlarda, əksər hallarda isə 45-55 yaş arasında başlayır.
Bu əlamətləri müəyyən qədər aradan qaldırmaq üçün bitki dəmləmələrindən istifadə etmək məsləhətdir.
Bitki dəmləməsi:
Açı yovşan otu, cökə çiçəyi, razyana meyvəsi, istiotlu nanə yarpağı, kövrək murdarça qabığının hərəsindən 2 xörək qaşığı götürüb qarışdırın. 6 xörək qaşığı qarışığın üzərinə 1 litr qaynar su töküb ağzını bağlayın və 15 dəq su hamamında dəmləyin. Soyudub süzdükdən sonra gün ərzində kiçik qurtumlarla için.
Balla müalicə:
1 xörək qaşığı arı balını 1 stəkan qaynadilmış suda həll edin və yarım stəkanını yatmazdan qabaq qurtum- qurtum için.
Aromaterapiya:
Klimaks dövründə bəzi bitki yağları çox yaxşı kömək edir. Məsələn, istiotli nanə yarpağı, jasmin, berqamot, qızılgül, lavanda, adaçayı, rozmarin, bənövşə yarpağı və digər bitkilərin yağları əsəbələri sakitləşdirir, ürəkdöyünməni azaldır və əhval-ruhiyyəni yaxşılaşdırır. Bu yağları həm vannaya, həm də aroma lampalara əlavə etmək olar.
Su ilə müalicə:
İstibasmaları aradan qaldırmaq üçün çox sadə və səmərəli üsul ayaqları isti vannaya qoymaqdır. 10-15 dəqiqə ayaqları vannada saxladıqdan sonra qurulamadan corab geyinib, 10 -15 dəqiqə nəm corablarla otaqda gəzmək lazımdır.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Klimaks və onun təbii üsullarla müalicəsi" haqqında müzakirə