Kraxmalla 20 problemin həlli

  • Müəllif: elnare
  • Tarix: 29 dekabr 2016
  • Baxış sayı: 6 458
  • 0 rəy

Kraxmalla 20 problemin həlli.
1. Bir litr suya 2 çay qaşığı kraxmal tökün və gümüş qaşıqlarınızı suya qoyun. Bir müddət sonra qaşıqları sudan çıxarın və adi qaydada yuyun. Bu vasitə ilə bütün gümüş əşyaları təmizləmək olur.
2. Şüşələri silərkən suya bir az kraxmal qatsanız sildikdən sonra necə parıldadığını görəcəksiniz.
3. Xalçanızda olan yağ ləkəsinin üzərini isladın və oraya kraxmal səpin, 15 dəqiqə sonra təmizlədikdə ləkənin necə getdiyini görəcəksiniz.
4. Yanan nahiyəyə kraxmal səpdikdə və ya bişirib qoyduqda yanğı hissi aradan qalxır.
5. Paltarlarınızı kraxmallamamısınızsa, o zaman ütünün su qabına su ilə 1 xörək qaşığı kraxmalın qarışığını tökün və paltarlarınızı ütüləyin.
6. Ayaqqabılarınızın içərisi iylənirsə, o zaman yatmazdan əvvəl içərisinə kraxmal səpin.
7. Dəri kreslo və divana düşmüş yağ ləkəsini təmizləmək üçün oranı pambıq parçaya isladılmış kraxmallı su ilə silin.
8. Kitablarınızı yığdığınız yer nəmdirsə, o zaman həmin yerə kraxmal səpin, kağız qoyub kitablarınızı yığın.
9. Mebeli təmizləmək üçün isti suya az miqdar kraxmal qatın.
10. Xəritə qoyduğunuz yerə az miqdar kraxmal səpsəniz xəritə nəmişlikdən korlanmaz.
11. Kraxmallı suya çiçəklərin efir yağından əlavə edib sakitləşdirici vasitə kimi qəbul edə bilərsiniz. Bu qızılgül, lavanda və s.digər güllərin yağı ola bilər.
12. İtinizin tükü yumşaq olsun deyə onun üstünə kraxmal tozu səpin və sonra təmizləyin.
13. Evdə istifadə olunmayan oyuncaqların üzərinə zəif kraxmal səpin. Bu zaman onlar tozu özlərinə çəkməyəcəklər.
14. Həssas dəriyə malik uşaqlarda sərpmələr olan zaman onların həmin nahiyələrinə kraxmal səpsəniz faydasının prisıpkadan daha yaxşı olduğunu görəcəksiniz.
15. Əgər sizin qoltuq altı nahiyəniz iylənirsə, bu zaman həmin hissəni palıd dəmləməsi ilə yuyub qurulayın və oraya kraxmal sürtün.
16. Kraxmalda mətbəxdə sous hazırlayan zaman istifadə edildikdə o zaman sous un suyu daha mətli olur.
17. Kraxmalı biskvit bişirərkən 1 qaşıq unun yerinə əlavə etdikdə biskvit daha dadlı və yumşaq olur.
18. Qayğanaq bişirərkən yumurtalara bir miqdar kraxmal qatdıqda qayğanaq daha da dadlı olur.
19. Əgər evinizin döşəməsi cırıldayırsa, o zaman cırıldayan hissəyə kraxmal səpin.
20. Ev şəraitində kraxmalla müxtəlif rənglər hazırlaya bilərsiniz. Bunun üçün 1-2 xörək qaşığı kraxmal götürün, üstünə 2 qat artıq su əlavə edin. Qarışıma şirniyyatlarda istifadə edilən rənglərin birindən əlavə edin və bişirin. Soyuduqda necə gözəl rəng alındığını görəcəksiniz.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Kraxmalla 20 problemin həlli" haqqında müzakirə