Havaların kəskin soyuması insanlarda nələrə səbəb ola bilər
Havaların kəskin dəyişilməsindən ən çox azyaşlı uşaqlar, yaşlılar, hamilələr və xroniki xəstəliyi olanlar əziyyət çəkirlər.
Mütəxəssislər havaların kəskin dəyişildiyi zaman meteohəssas adamların bəzi qaydalara əməl eləmələrini tövsiyə edirlər:
1. Yuxunun normallaşması.
2. Stresdən uzaqlaşmaq.
3. Fiziki aktivliyi artırmaq.
4. Mövsümə uyğun qidalanmaq.
İnsan orqanizminə mənfi təsir edən faktorlardan biri də orqanizmin isti-soyuğa düşməsidir. Çünki insan orqanizmi bu mühitə tez bir zamanda alışa bilmir və bu da onun psixologiyasına istər-istəməz təsir edir. Adtən insanların psixi vəziyyəti payız aylarında – havalar qəfil soyuyanda zəifləyir.
Payız mövsümü bütün xroniki xəstəliklərin kəskinləşmə dövrü sayılır. Bu mövsüm ürək-damar xəstələri üçün risk xarakterlidir. Belə ki, revmatizmli xəstələrin bu mövsümdə patoloji əlamətləri üzə çıxır və xəstələri narahat edir.
Havaların kəskin və qəfil soyuması arterial təzyiqi və şəkərli diabeti olan xəstələr üçün də təhlükəli hesab edilir.
İnsan orqanizmində normal temperatur 37*-dək normal hesab edilir. Beyin mərkəzi xarici mühitin temperaturu ilə orqanizmin temperaturunu bu dərəcədə tənzimləyir. Havalar qəfil soyuyanda isə bu mərkəz orqanizmin temperaturunun tənzimlənməsinə nəzarəti itirir. Bu ən çox uşaqlarda özünü zəif qızdırma ilə biruzə verir. Elə bu səbədən azyaşlı uşaqların, havalar qəfil soyuduqda temperaturları qalxır.
Havaların qəfil və kəskin soyuması sinir sistemi zəif adamlara da təsirsiz ötüşmür. Bəzi insanlar belə havalarda fiziki cəhətdən zəifləyir, bəziləri isə hətta depressiyaya düşürlər. Bu cür hava şəraiti əksər insanların iş həyatına da təsir edir. Əksər insanların orqanizmi yeni hava temperaturuna öyrəşənə kimi bir müddər çətinliklərlə qarşılaşır.
65 və daha yaşlı adamlara bu dönəmdə daha diqqətlə yanaşmaq lazımdır. Çünki onların da orqanizmi körpə uşaq orqanizmi kimi soyuğa, xarici mühit dəyişikliklərinə və xəstəliklərə qarşı həssas olur.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Havaların kəskin soyuması insanlarda nələrə səbəb ola bilər" haqqında müzakirə