Arıqlamaq üçün 5 asan vasitə

  • Müəllif: elnare
  • Tarix: 29 dekabr 2016
  • Baxış sayı: 2 608
  • 0 rəy

Arıqlamaq üçün 5 asan vasitə
Axşam yeməyini həddindən çox yedikdə həzm normal getmir və bu maddələr mübadiləsinin pozulmasına səbəb olur. Yağ-piy mübadiləsinin pozulması orqanizmdə artıq piylərin yığılmasına səbəb olur ki, bu da artıq çəkiyə gətirib çıxarır. Bundan xilas olmanın 5 asan yolunu sizinlə bölüşmək istəyirəm:
1. Bir çox insan arıqlamaq üçün axşam yeməyindən imtina edir. Bu orqanizmin 10 saat heç bir qida qəbul etməyərək maddələr mübadiləsinin sürtəli dərəcədə zəifləməsinə səbəb olur ki, tibbi baxımdan düzgün hesab edilmir. Çünki axşam yeməyi də, digər yeməklər kimi orqanizm üçün faydalı hesab edilir. Arıqlamaq məqsədilə axşam yeməyindən imtina etməkdənsə, bəzi qaydalara əməl etmək daha münasib sayılır:
* Axşam yeməyini yatmazdan 2 saat əvvəl yeyin.
* Yüngül yeməklər yeməyə çalışın.
* Az və keyfiyyətli qida qəbul eləməyə çalışın.
* Çalışın ki, yeməyiniz tərəvəz salatlarından ibarət olsun.
* Əgər könlünüz mütləq şorba içmək istəsə onda darçınlı balqabaq şorbası için.
2. Hər axşam yarım saat ərzində piyada gəzin. Gəzinti zamanı pis fikirlərdən, stresdən uzaq durmağa çalışın.
3. Hər axşam gəzintisindən sonra rahatladıcı bir vanna qəbul edin. Su vannasına dəniz duzu, lavanda yağı və zəncəfil əlavə etsəniz çox faydasını görəcəksiniz. Bu zaman siz bədəninizdən toksinlərin xaric olmasına, cildinizin vitamin və minerallarla qidalanmasına səbəb olacaq. Piyada gəzintidən sonra siz özünüzü yenidoğulmuş kimi hiss edəcəksiniz.
4. Yatmazdan əvvəl ləzzətli bitki çaylarından birini için.
5. Uzun və dərin bir yuxu yatın. Yuxunuzu hər gecə normal olmasına çalışın. İnanın bu sizin arıqlamağınıza yardım edəcək. Rahat yatmaq üçün otağın tempraturunu 20-24* -dən artıq etməyin və cib telefonunuzu söndürün.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Arıqlamaq üçün 5 asan vasitə" haqqında müzakirə