Daha az yemək və arıqlamaq üçün 8 məsləhət

  • Müəllif: elnare
  • Tarix: 29 dekabr 2016
  • Baxış sayı: 3 315
  • 0 rəy

Daha az yemək və arıqlamaq üçün 8 məsləhət
Aşağıda çox yemək vərdişindən əl çəkə bilməyən bəzi adamlar üçün 8 tövsiyəmiz var. Bu tövsiyələr sizi çox çətinə salmayacaq, amma deyilənlərə əməl etsəniz arıqlaya bilərsiniz.
1-ci tövsiyə:
Yemək istədiyiniz qidaları yeməzdən əvvəl qoxulayın. Bu sizin yeməyə olan iştahınızı azaldar və nəfsinizi doyurar. Qidanı yeməzdən əvvəl iyləmək insana kalori verir. İnsan yeməkdən almaq istədiyi ləzzəti qoxudan ala bilir. Buna vərdiş eləmək sizə çətin gələ bilər, amma zamanla öyrəşə bilərsiniz.
2-ci tövsiyə:
Yemək boşqabınızı dəyişin, daha kiçik boşqabda yemək yeyin. Araşdırmalar kiçik boşqabda yemək yeyən insanların getdikcə iştahlarının azaldığını sübut etmişdir. Amerikada aparılan bir araşdırmada eyni sayda adamların tən yarısına iri kasada, yarısına da kiçik kasada, digərindən 2 dəfə az dondurma qoymuşlar. İri kasada dondurma yeyənlər doymadıqlarını demiş və yenidən istədiklərini bildirmişlər.
3-cü tövsiyə:
Yeməyinizi ölçülərlə və hissə-hissə yeyin. Bu sizə nə qədər qida qəbul etdiyinizi bildirər.
4-cü tövsiyə:
Hər birimizin hansısa bir qidaya qarşı iradə zəifliyimiz var. Çalışın iradəli olun. Hər nə qədər ac olsanız da yeməyə iştahla girişməyin.
5-ci tövsiyə:
Yeyiləcək qidanın cədvəlini tutmaq və cədvələ uyğun qidalanma rejimi tərtib etmək arıqlamağa yardım edir.
6-cı tövsiyə:
Ət və karbohidrat qəbulunu azaldın və meyvə tərəvəzlərə üstünlük verin.
7-ci tövsiyə:
Proteinli qida qəbul edin. Protein insanda toxluq hissi yaradır. Protein ən çox lobyada, yumurtada, ağ ətdə və süd məhsullarında daha çox olur.
8-ci tövsiyə:

Səhər yeməyini heç vaxt ötürməyin. Araşdırmalar səhər yeməyi yeyənlərin gün boyunca toxluq hissi keçirdiyini göstərir.

Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Daha az yemək və arıqlamaq üçün 8 məsləhət" haqqında müzakirə