Əlin müalıcəvi massajı

  • Müəllif: elnare
  • Tarix: 29 dekabr 2016
  • Baxış sayı: 1 828
  • 0 rəy

Əlin müalıcəvi massajı
Əllərimizdə çoxlu sinir ucları vardır ki, bunlar bioloji aktiv nöqtələr hesab olunur. Bu nöqtələr vasitəsilə arterial təzyiqi aşağı salmaq, baş ağrılarından xilas olmaq olar. Bundan başqa həmin nöqtələrə toxunmaqla sinir sistemini sakitləşdirmək, mədə-bağırsağın fəaliyyətini bərpa etmək də mümkündür. Bunun üçün biləkdən barmaq uclarına qədər əlləri 20-30 dəqiqə müddətinə massaj etmək lazımdır.
Əl massajının insan orqanizminə aşağıdakı faydaları vardır:
* enerjini artırır
* rahatlıq bəxş edir
* ətraflardakı ağrıları aradan qaldırır
* əzələlərin tonusunu artırır
* qan dövranını yaxşılaşdırır
* bütün orqanların fəaliyyətini artırır.
Bəzi hallarda əl massajı əks-göstərişdir:
* əllərdə çatlar və yaralar olduqda
* əllərdə göbələk xəstəliyi olduqda
* əllərdə allergik səpkilər olduqda
* əl baqmaqlarında sınıqlar olduqda
* tempratur yüksək olduqda.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Əlin müalıcəvi massajı" haqqında müzakirə