Sürətli arıqlamağın yolları

  • Müəllif: elnare
  • Tarix: 28 dekabr 2016
  • Baxış sayı: 4 702
  • 0 rəy

Sürətli arıqlamağın yolları.
Hamimiz bilirik ki, qadınlar kişilərdən daha çox kökəlməyə meyllidir. Bəs niyə qadınlarda yağ depolanması sürətlə gedir? Bunun 3 təməl səbəbi var:
1. Qadınların yağ hüceyrələri daha böyük və daha artıq yağ toplama enzimləri var. Kişilərin yağ toplama enzimləri kiçik və yağ əritmə enzimləri daha böyükdür. Buna görə də qadınlar kişilərə nisbətən arıqlamaq üçün daha çox çalışmalıdırlar.
2. Esterogenlər yağ toplama hüceyrələrinin sayını artırır.
3. Düzgün olmayan diyetlərlə bədəni ac saxlamaq enzimlərin sayını 50% azaldır. Bu vəziyyətdə daha tez arıqlamaq olur. Amma belə arıqlamada əzələ kütləsinin yerini əriməyən piy hüceyrələri tutur. Belə arıqlamaq zamanı bədənin müvazinatı pozulur və onsuz da, yağəritmə enzimi az olan qadın orqanizmi sonralar əritdiyi piy toxumasını geri qaytarır.
Amma bu genetik quruluşun öhtəsindən gəlməyin bir yolu var.
Bir ay hər gün günorta yeməyindən sonra 1 stəkan pomidor şirəsi qarın bölgəsindəki yağları əridir. Yağəritmə prosesinin sürətlənməsi üçün səhərlər acqarına 1 stəkan isti suyun içərisinə, 1 limon dilimi salıb içmək yaxşı olar. Bunlarla bərabər bir ay müddətində gündə 40 dəqiqə açıq havada gəzmək, qızardılmış, qovrulmuş qidalardan, şirniyyatdan uzaq olmaqda fayda var.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Sürətli arıqlamağın yolları" haqqında müzakirə