Hamiləlik dövründə appendisitin müalicəsi
Hamiləlik zamanı apendisit, bağırsaq lümenində yaşayan qarışıq mikrofloranın patoloji aktivləşməsi səbəbindən baş verir. Xəstəliyin törədiciləri müxtəlif bakteriyalardır (kokklar, bakteroidlər,stafilokoklar, enterokoklar və s). Hamiləlik dövründə appendisitin yaranmasına şərait yaradan bir sıra əlavə amillər var. Mədə şirəsinin turşuluğunun azalması, immun reaktivliyin pozulması, qəbizlik, kor bağırsaq və appendiksin yerdəyişməsi və s. Xəstəliyin proqnozu onun aşkar olunma vaxtı, hamiləliyin müddəti, əməliyyatın aparılmasına dair qərarın qəbul olunma vaxtı və əməliyyatdan sonrakı dövrdə hamiləliyin düzgün aparılmasından asılıdır. Müalicə nə qədər gec başlanırsa, uşağı itirmə və appendisitin fəsadlaşma ehtimalı bir o qədər yüksək olur. Hestasiya müddətinin artması ilə hamilələlərin ölmə ehtimalı çoxalır, 20-ci həftədən sonra hamiləliyin pozulma tezliyi 5 dəfə yüksəlir. Appendisitinın ilkin profilaktikasının tam işlənilməməsinə baxmayaraq, hamiləlik dövründə həzm prosesini yaxşılaşdırmaq və qəbiz hallarının qarşısını almaq üçün pəhrizin korreksiyası, normal qidalanma, kifayət qədər hərəki aktivlik, mədə-bağırsaq xəstəliklərinin vaxtında müalicəsi məsləhət görülür. Qarında qəflətən baş verən qeyri-adi ağrılar zamanı xəstə dərhal müayinəyə aparılmalıdır.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Hamiləlik dövründə appendisitin müalicəsi" haqqında müzakirə