Cingiz Rəhimov

Cingiz Rəhimov


İXTİSASI

Ağız və Üz-çənə cərrahı

İŞ STAJI

38

TƏHSİLİ

1973-1978 Azərbaycan Tibb Univertsiteti, Stomatologiya Fakultəsi
1978-1979 1 saylı Bakı şəh. xəstəxanasının üz-çənə cərrahiyyəsi şöbəsində 1 illik internatura
1980- Moskva şəhərində Hersen adına Russiya Onkoloji İnstitunda 6 aylıq iş yeri
1981-1984- Moskva şəhərində Ümumittifaq Onkologiya Mərkəzində Baş və boyun şişləri şöbəsində məqsədli aspirantura
1986-1992- Moskva şəhərində Moskva Tibb Akademiyasında üz-çənə cərrahiyyəsi klinikasında doktorantura

İŞTİRAK ETDİYİ KURSLAR (KONFRANSLAR)

1984- Moskva şəhərində Ümumittifaq Onkologiya Mərkəzdə “Baş və boyun nahiyyəsinin dərisinin melanoması” adlı namişədlik dissertasiyasını müdafiə edərək TİBB ELMLƏRİ NAMİZƏDİ adı alıb.
1992-ci ildə Moskva şəhərində Mərkəzi Elmı-Tədqiqat Stomatologiya İnstitutunda“Baş və boyunun yumşaq toxumalarının irinli iltihabı proseslərinin müalicəsində antioksidantların yeri və rolu“adlı doktorluq dissertasiyasını müdafiə edərək TİBB ELMLƏRİ DOKTORU adına layıq olub.

ELMİ FƏALİYYƏT

1999- Azərbaycan Tibb Universitetinin Cərrahi Stomatologiya kafedrasının PROFESSORU adı verilib

- Tibb elmləri doktoru , professor
- Azərbaycan Tibb Universitetinin Ağız və üz-çənə cərrahiyyəsi kafedrasının müdiri.
- 37 elmi-tədqiqat
- 26 pedaqoji təcrübə.
- 120-dən çox elmi işin (onlardan 28-i PubMed-də dərc olunub) 3 monoqrafiyanın, 2 ixtiranın , 4 texniki yeniliyin müəllifidir
- 1 əsər müəllifi sahibidir.
- 10 tibb üzrə fəlsəfə doktoru hazırlayıb. Hazırda 9 tədqiqatçı onun rəhbərliyi altında və məsləhətçiliyi ilə elmi iş aparır.

Elmi Jurnallarda redaksiya heyyətinin üzvü:

- Azərbaycanın “Oftalmologiya Jurnalı” .
- Rusiyanın “Baş və boyun şişləri ”jurnalı.
- Ukrainanın “Ağız və üz-çənə patologiyaları jurnalı”.
- Beynəlxalq Ağız və Üz-çənə cərrahları Cəmiyyəti.
- Avropa Kəllə-üz-çənə cərrahları Cəmiyyəti.
- Rusiyanın Baş və boyun onkoloqlar Cəmiyyətinin üzvü.
- Azərbaycan Ağız və üz-çənə cərrahları Cəmiyyətinin üzvü
- Azərbaycan Diş İmplantoloqlar Cəmiyyətinin fəxri üzvü.
- Kəllə-üz-çənə cərrahiyyəsi üzrə Avropa Osteointeqrasiya Akademiyasının eksperti

ÇALIŞDIĞI TİBB MÜƏSSİƏLƏRİ

1979-1981 Naxçıvan Muxtar Respublikasında ağız cərrah kimi sərbəst peşə fəaliyyətinə başlayıb.
1981-1984 Moskva şəhərində Ümumittifaq Onkologiya Mərkəzinin baş və boyun şişləri şöbəsində məqsədli aspirantura.
1986-1992 Moskva şəhərində Moskva Tibb Akademiyasının üz-çənə cərrahiyyəsi kafedrasında doktorantura.

1992 - bu günə kimi Azərbaycan Tibb Universitetinin Ağız və üz-çənə cərrahiyyəsi kafedrasının professoru
1992-1993 Azərbaycan Respublikası Prezidentinin İcra Apparatının Humanitar siyasət şöbəsinin müdir müavini (səhiyyə və sosial problemləri əhatə edən sahə üzrə kurator).
1993-1998 Azərbaycan Respublikası Nazirlər Kabinetiinin Səhiyyə və sosial problemlər şöbəsinin müdiri.
1997-2000 BMT-nin Azərbaycan Respublikası üzrə Milli Əlaqələndiricisi.
2004-2015 Səhiyyə Nazirliyinin 1 saylı klinik Xəstəxanasının üz-çənə cərrahiyyə şöbəsinin müdiri.
2007, 2012 Azərbaycan Tibb Universitetinin Ağız və üz-çənə cərrahiyyəsi kafedrasının müdiri vəzifəsinə seçilib
2011-bu günə qədər İxtisas üzrə Rezidentura Qəbul Proqramına və test bankına daxil olmuş testlər üzrə, həmçinin qapalı rejimdən sonra imtahanda istifadə olunmuş sual kitabçalalarında təqdim olunan testlərin ekspertizası üzrə məsul şəxs.
2017- Azərbaycan üz-çənə cərrahları cəmiyyətin sədri.

Hazırda Azərbaycan Tibb Universitetində icra etdiyi vəzifələr:

⦁Böyük Elmi Şuranın üzvü.
⦁Stomatoloji Fakultənin Elmi Şurasının üzvü.
⦁Azərbaycan Respublikası Prezidentinin yanında Ali Attestasiya Kommisiyasının Dissertasiya işləri üzrə ixtisaslaşdırılmış Elmi Şuranın sədr müavini.
⦁Stomatoloji fakültənin Problem Komissiyasının sədri.
⦁Universitetin professor-müəllim heyyətinin fəaliyyətinin Bal-Reytinq Sistemi üzrə Qiymətləndirilməsi Komissiyasının sədri
⦁Universitetin dekan və kafedra müdirlərinin seçilməsi üzrə Komissiyanın üzvü.
⦁Stomatoloji Klinikanın direktorun müvini

İXTİSASLAŞDIĞI TİBBİ SAHƏ

⦁Rəqəmli texnologiyaların tədbiqi ilə kəllə-üz qusur və deformasiyalarda rekonstruksiya əməliyyatları
⦁Gicgah-çənə oynağının cərrahi müalicəsi.
⦁Orbita rekonstruksiyası
⦁AO prinsiplər əsasında üz-skeleti sümükləri sınıqlarının müalicəsi
⦁Üz-çənə implantasiyası
⦁Ciddi atrofiyaya uğramış çənələrdə dental implatasiyanın aparılması
⦁Üz-çənə nahiyyəsində geniş yayılmış şişlərin müalicəsində incik sümüyündən götürülən damar ayaqcıqda autotransplantatla və onun üzərində dərhal yerləşdirilmiş dental implantlarla çənə sümüyünün və gicgah çənə oynağının rekonstruksiyasi və dərhal protez reabilitasiyası keçirilib
⦁Rəqəmli texnologiyaların son nailiyyəti olan artırılmış realllıq eynəklərlə və tərəfimizdən hazırlanan xüsusi proqram təminatı ilə üz-çənə nahiyyəsinin rekonstruksiyasında yüksək dəqiqlik əldə edilir, əməliyyat vaxtı xeyli azaldılır, toxumaların zədələnməsi minimuma endirilir, eləcədə yüksək funksional və estetik nəticə əldə olunmasına imkan yaranır. Bu məlumat Evronyus telekanalında yayılıb.
Azərbaycan səhiyyəsində ilk dəfə olaraq
⦁Craniofasial cərrahi əməliyyatlarını aparır.
⦁Üz-çənə cərrahiyyəsində əməliyyatönü virtual planlaşdırmanı, plastik moddeleərin hazırlanmasını və naviqasion usulunu tədbiq edir.
⦁Çənənin incik sümüyündən götürülən damar ayaqcıqda sərbəst autotransplantatla bərpasını yerinə yetirir.
⦁Cərrahi əməliyyatdan sonraki çənə defektlərində dental implantlarla ortopedik reabilitasiya
⦁Ambulator şəraitdə ümümi ağrısızlaşdırma altında müxtəlif növ ağız və üz-çənə cərrahi əməliyyatlarını icra edir.
⦁Travmalar zamanı orbita rekonstruksiyalarında custom made titan lövhələrini tədbiq edir.
⦁Gicgah-çənə oynağının artrosentezini aparır
⦁Gicgah-çənə oynağının tam süni oynaq kompleksi ilə əvəz olunmasını aparır
⦁Az invaziv transkoyuktival yolla orbitanın rekonstruksiyasını aparır
⦁Kəllə-üz-çənə nahiyyəsində distraktorları tədbiq edir
⦁Konorar yanaşma ilə Almacıq-orbita kompleksinin deformasiyaların aradan qaldırırır
⦁Ziqoma implantasiyası əməliyyatını aparır.
⦁Ortoqnatik cərrahiyyədə 3D sefalometriya metodları tədbiq edir

ƏLAQƏ

Telefon: 0503813003
E-mail: [email protected]
Facebook
Veb Səhifə
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.