Dəniz yosunlarının faydaları
Bioloqların və tibb işçilərinin fikrinə görə yosunların tərkibində olan aktiv maddələr digər bitkilərin tərkibində olan aktiv maddələrə bənzəyir. Dəniz yosunlarının xərçəng əleyhinə təsiri var. Yosunlar haqqında müxtəlif xalqlarda müxtəlif deyimlər var. Dəniz yosunlarından müxtəlif xəstəliklərin müalicəsində istifadə edilir.
Qədim Çində Dəniz kələmi ilə bədxassəli şişlərin müalicəsi zamanı isstifadə edilib. Hindistanda indi də dəniz yosunundan daxili sekresiya vəzilərinin xəstəlikləri zamanı istifadə edilir. Şimal ölkələrində yosundan müxtəlif xəstəliklərin müalicəsində istifadə edilir. Buna səbəb isə yosunların tərkibində çoxlu miqdarda vitaminlərin olmasıdır. Tərkibində olan makro və mikro elementlər dəniz yosununun insan orqanizminə müsbət təsir etdiyini sübut edir. Yosunlar orqanizmin minerallara olan tələbatını ödəmək qabiliyyətinə malikdirlər. Dəniz yosununun tərkibində bioloji aktiv lipidlər, doymamış yağ turşuları, xlorofillər, polisaxaridlər, qalaktan, fukoidan, qlükan, pektin, alqin turşusu, liqinlər, qida lifləri, fenol birləşmələri, müxtəlif fermentlər, bitki sterinləri, vitaminlər, karotonoidlər, yod, makro və mikro elementlər var. O tərkibindəkilərə görə bütün qida maddələrindən üstündür.
Yosunların tərikibində 30-a yaxın mikroelement, amin turşuları, selik maddəsi, polisaxaridlər, alqin turşusu, stearin turşusu var. Onun tərkibində olan təbii turşular orqanizm tərəfindən asan sorula bilir. Tərkibində olan yod isə orqanizmi yod çatışmazlığından xilas edə bilər. Yosunların tərkibi yod və yod birləşmələri ilə çox zəngindir. Kosmetologiya sahəsində yosunlardan çox istifadə edilir. Onların dəriyə faydası çox böyükdür. Yosunlar dərinin müdafiə qüvvəsini artırır, yeni hüceyrələrin əmələ gəlməsini sürətləndirir, dərinin təzələnməsinə, qidalanmasına səbəb olur. Onun tərkibində olan makromolekullar(fukoidan) talassoterapiyada geniş istifadə olunur. Yosunların tərkibində olan yod və yod birləşmələri əvəzolunmaz mikroelementlərdir. Bu mikroelementlər qalxanabənzər vəzin fəaliyyətinə təsir edir, sinir sisteminin və baş beynin işini normallaşdırır, orqanizmin temperaturunu nəzarət altında saxlayır, hormonal sitemi stimulyasiya edir, insanın intellektini yüksəldir. Yosundan istifadə eləmək qanda xolesterinin azalmasına, atereskleroz xəstəliyinin əlamətlərinin aradan qalxmasına, mədə-bağırsaq fəaliyyətinin yaxşılaşmasına, toksiki maddələrin orqanizmdən xaric olmasına sabəb olur. Yosundan istifadə eləmək qaraciyərin fəaliyyətini yaxşılaşdırır və orqanizmin artıq piylərdən xaric olmasını sürətləndirir. Tərkibində olan polisaxaridlər orqanizmdən toksinlərin və şlakların xaric olunmasına səbəb olur. Yosunların tərkibində olan bromfenol birləşmələri orqanizmdə olan patogen miklrobları və bakteriyaları öldürür.
Qəhvəyi dəniz yosunlarının tərkibində insan orqanizmi üçün lazım olan bütün makro və mikro elementlər (natrium, kalium, kalsium, maqnium, barium, kükürd, yod və s.) var. Qəhvəyi yosunlar orqanizmdə tromb əleyhinə təsir göstərir. Onların faydalı fizioloji xüsusiyyətləri var. Qəhvəyi dəniz yosunları ürək əzələsini möhkəmləndirir, raxit əlamətlərini aradan qaldırır, osteoparozun qarşısını almağa yardım edir, dırnaqların, saçların qırılmasının qarşısını alır, dişləri möhkəmləndirir və kariesin əmələ gəlməsinin qarşısını alır. Qəhvəyi dəniz yosunlarının tərkibindəki təbii elementləri nadir hallarda tərəvəzlərdə tapmaq olur. Bu da yosunların tərəvəzlərdən üstün olmasını sübut edir. Qəhvəyi dəniz yosunları immun sistemi möhkəmləndirir, endokrin sistemi gücləndirir,stressi aradan qaldırır, metobolizmi yaxşılaşdırır, həzmi normallaşdırır və orqanizmi özünə yaxşı hiss etdirir.
Yosunların zərərli xüsusiyyətləri
Yod və dəniz məhsullarına qarşı allergiyası olan adamlara yosunlardan istifadə edən zamanı diqqətli olmaq məsləhət görülür.
Hamilə və uşaqəmizdirən qadınlara yosundan istifadə edərkən ehtiyyatlı olmaq məsləhət görülür. Tərkibində yodun miqdarının çox olması uşağa zərər gətirə bilər. Hemorragik diatezdən əziyyət çəkənlər yosun yeyən zaman diqqətli olmalıdırlar. Qanda yodun miqdarının çox olması ilə müşayət edilən endokrin sistem xəstəliklərindən əziyyət çəkənlərə yosun yemək tövsiyə edilmir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Dəniz yosunlarının faydaları" haqqında müzakirə