Mədə xərçəngi nədir? - Əlamətləri

  • Müəllif: sahane
  • Tarix: 9 fevral 2018
  • Baxış sayı: 8 388
  • 0 rəy

Qarnın sol bölgəsində mövcud olan və yediklərimizin içərisində toplanan “kisə” mədə orqanıdır. Bu hissədə xoş və bəd şişlərin yaranması mümkündür. Bədxassəli şişlər xərçəng xəstəliyinə səbəbdir.

Adətən xırda yaranan şişlər böyüdüyü zaman özünü bəlli etməz. Dünyada ən çox rastlanan xəstəliklər sırasındadır. İrəliləyən mərhələlərdə özünü biruzə verməyə başlayır. 

Mədə bulantıları, səbəbsiz qusmalar

Bir anda itirilən kilo

Mədə bölgəsində ağrılar

Mədədə yaranan şişkinlik mədə xərçənginin əsas əlamətləridir.

Nəzərinizə çadıraq ki, bu ağrılar mədə xəstəlikləri, qastrit zamanı da baş verə bilər. Bu səbəbdən dərhal ağlınıza pis düşüncə gəlməməlidir.
Əlamətlər bununla yekunlaşmır. 

İrəliləyən mərhələlərdə digər problemlər də ortaya çıxa bilər:

Mədə ağrısının yaşanması

Qaytarmaq

Şiddətli iştahsızlıq

Mütəmadi yorğunluq hissi

Şişkinliklər

Qansızlıq problemi yaşamaq

Mədə xərçənginin yaranmasına səbəb olan faktorlar hansılardır?

Genetik faktorlar:
 Ailəsinin keçmişində hər hansı bir nəfər tutubsa ehtimal mümkündür.

Cinsiyyət faktoru: Kişilər qadınlardan daha çox mədə xərçənginə yoluxurlar.

Yaş faktoru:
 Ən çox görünən yaş 70-74dür.

Həyat tərzi : siqaretdən istifadə, spirtli içkilərdən istifadə, fast food qidalar və s.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Mədə xərçəngi nədir? - Əlamətləri" haqqında müzakirə