Körpəyə ilk verilən bu qidalar təhlükəlidir
İmmunitet.az xəbər verir ki, bu barədə Türkiyənin Kocaeli universitetinin pediatrı, professor Nazan Sarper məlumat verib. Onun sözlərinə görə, ilk dəfə körpəyə yumurtanın sarısı verilməlidir:
“Yumurtanın ağında yad protein olduğu üçün bunu uşağa bir yaşından öncə verməməliyik. Körpələrə bal verilməyi də düzgün hesab etmirik. Əsl balı tapmaq çətindir deyə əvəzinə bəhməzi məsləhət görürük”.
İlk 6 ayda uşağa inək südünün verilməsini düzgün hesab etməyən pediatr valideynlərə tövsiyələr edib:
“Xüsusilə də ilk 6 ayda ana südü əsasdır. Südünüz çatmırsa hazır qidalardan istifadə edə bilərsiniz. Mümkün qədər 1 il ərzində ana südü verilməlidir. İlk 6 ayın sonunda qatıq, tərəvəz, suplar, kök, kartof kimi qidalar uşağa verilə bilər. Bir həftə alma vermisinizsə, digər həftə mandarina verməlisiniz. Bunun sayəsində uşağın allergiya olub-olmadığını da yoxlaya bilərsiniz”.
Sarper, uşaqlara qızartma yeməyin verilməsini yanlış addım kimi dəyələndirib.
“İlk 8 aydan sonra uşağa balıq, toyuq, qırmızı ət verilə bilər. Adətən analar yeməyi yedizdirmək əvəzinə suyuna çörəyi batırıb verməyə çalışırlar. Qeyd edim ki, bunun elə də faydası yoxdur”,-deyə Sarper vurğulayıb.
Uşaqlara ət suyu qədər ətin özünü də vermək vacibdir. Mütəxəssis, azyaşlının ət suyunu içməsi ət yediyi anlamına gəlmədiyini qeyd edib:
“Bunun üçün valideynlər qidalandırma zamanı diqqətli olmalı və bol vitaminlərlə zəngin yeməklərə üstünlük verməlidirlər”.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Körpəyə ilk verilən bu qidalar təhlükəlidir" haqqında müzakirə