Azyaşlı, allergiyalı uşaqları necə qidalandırmaq lazımdır?

  • Müəllif: elnare
  • Tarix: 22 iyun 2017
  • Baxış sayı: 9 120
  • 0 rəy

Azyaşlı, allergiyalı uşaqları necə qidalandırmaq lazımdır?

İndi azyaşı uşaqların əksəriyyətində allergiya reaksiyaları meydana çıxır. Allergiya reaksiyaları ən çox da qida qəbulundan sonra meydana çıxır. Qida allergiyası son illər əksər uşaqların probleminı çevrilib. Qida allergiyasının baş verməsində ekoloji faktorların, qeyri-təbii qidaların və s. rolu böyükdür. Mütəxəssislər uşaqlarda allergiyanın əmələ gəlməsində ananın hamiləlik zamanı keçirdiyi stresslərin də rolu olduğu söylənilıir.

Allrgiyanın əmələ gəlmsinə allergenlər səbəb olur. Allergenlər orqanizmə allergik reyaksiyaların əmələ gəlməsinə səbəb olur. Allergiya azyaşı uşaqlara özünü ən tez dəri səpgiləri ilə biruzə verir. Bunun baş verməməsi üçün isə azyaşlı uşaqlara qida verərkən analar diqqətli olmalıdırlar. Allergiya uşaqlarda özünü əsasən aşağıdakı əlamətlərlə göstərir:
  • * bədənin müxtəlif yerlərində səpgilər
  • * dəridə quruluq və kəpəkləşmələr
  • * dəridə qızartıların və qaşınmaların meydana gəlməsi
Orqanizmdə əmələ gələn allergiyaların ən ağır formalarında şişkinliklər meydana çıxır. Bəzi hallarda isə tənəffüs yollarında xəstəlik əlamətlərinin meydana çıxması baş verir. Bu zaman azyaşlı uşaqda astma xəstəliyinin əlamətləri özünü göstrir. Xəstəlik ağırlaşdıqca atopik dermatit əmələ gəlir. Ağırlaşmaların əmələ gəlməməsi üçün isə ana uşağını yerirdiyi zaman diqqətli davranmalıdır. Bunun üçün əlavə qidaya keçilən azaman uşağa yeni qidadan az miqdar vermək və qidanın allergiyaya səbəb olub-olmamasını diqqətlə izləmək lazımdır. Uşaqda allergiya əlamətlərinin meydana çıxdığı gün uşağı mütləq həkimə aparmaq lazımdır.
Mütəxəssislər ana südü ilə qidalanan uşaqlarda allergiya əlamətlərinin olmadığını qeyd edərək anaları uşaqlarını ana südü ilə qidalandırmağı məsləhət bilir. Çünki ana südü ilə qidalanan uşaqlarda immunitet yüksək olur və onlarda allergiya xəstəliyinə az rast gəlinir.
Uşaqlarda laktoza çatışmazlığı olduğu zaman uşaqlara 6 ayına kimi keçi südü vermək tövsiyə edilir. Allergiyaya meyilli uşaqlara rəngli tərəvəzlərdən püre hazırlayarkən daha diqqətli olmaq lazımdır. Çünki allergiyalı uşaqlara rəngli qidalar verdikdə allergenlər hərəkətə gəlir. Buna görə də yeni qidanı uşağa verərəkən günün birinci yarısında az miqdar vermək və nəticəni gözləmək lazımdır. Əgər yeni qida uşaqda allergiyanın əmələ gəlməsinə səbəb olmasa, o zaman qidanın qalanını uşağa yedizdirmək olar.
Ən yaxşı vasitə isə anaın uşağa verdiyi qidaları hər gün dəftərə qeyd eləməsidir. Bu dəftər ən çox da dərisində səpgilər meydana çıxan uşaqların anaları tərəfindən tutulmalıdır. Dəftərdə uşağa verilən qidaların adları , verilmə saatları və uşağın qidaya verdiyi reyaksiyalar qeryd edilməlidir. Bu yolla uşağın hansı qidaya qarşı allergiyası olub-olmamsını təyin etmək mümükün olur.
Adətən südəmər dövründə uşaqların sitrus meyvələrə, zülallı qidalara qarşı qida allergiyası olur. Bu yaşda olan uşaqlar ekoloji təmiz qidalarla qidalanmalı və sağlam həyat tərzi sürməlidirlər. Onlara marketlərdə satılan peçenyalardan vermək olmaz. Belə uşaqlara yumurta sarısını da verən zaman diqqətli olmaq lazımdır. Allergiyası olan uşaqlara qida hazırlayan zaman aşağıdakılara əməl etmək lazımdır.
  • * düyü və düyü kimi qidalardan yemək hazırlamaq lazım gəldikdə əvvəlcədə onu suda saxlamaq və və suyu tullayıb yeni suda bişirmək lazımdır
  • * əti suda saxlayıb sonra bişirmək lazımdır
  • * uşaqlara yarımfabrikat mallar, konservlər vermək olmaz.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Azyaşlı, allergiyalı uşaqları necə qidalandırmaq lazımdır?" haqqında müzakirə