Sizin gəncliyinizi və sağlamlığınızı əlinizdən alan 10 vərdiş
- Müəllif: elnare
- Tarix: 30 iyun 2017
- Baxış sayı: 6 286
- 0 rəy
Sizin gəncliyinizi və sağlamlığınızı əlinizdən alan 10 vərdiş
Biz hamımız aşağıdakı hərəkətləri hər gün edirik, amma bu hərəkətlərin bizim orqanizmimizdə hansı patologiyalara səbəb olduğunu bilmirik.
1. Ayağı ayağın üstünə qoyub oturmaq
Bu cür oturuş demək olar ki, əksər insanların təyat tərzinə çevrilib. Əgər siz də bu cür oturan insanlardansınızsa o zaman bu cür oturuşun ayaqlarda qan durğunluğuna və varikoz genəlməyə səbəb olduğunu bilməlisiniz. Uzun müddət ayaqları sallayara oturmaq da yuxarıda qeyd olunan patologiyaların əmələ gəlməsin səbəb olur.
2. Kompyuter qarşısında uzun müddət oturmaq
Kompyuterlə işləmək gözlərdə yorğunluğun əmələ gəlməsinə səbəb olur. Yorğunluq isə uzun müddət davam etdikdə gözlərin və göz ətrafının yaşlanmasına, göz fəaliyyətinin azalmasına səbəb olur. Bunların baş verməməsi üçün isə ən azı 2 saatdan bir gözlərə 20 dəqiqə istirahət vermək lazımdır.
3. Kosmetikadan çox stifadə etmək
Qızların əksəriyyəti gözəl görünmək üçün gənc yaşlarından kosmetikadan istifadə edirlər. Gənc yaşlarından kimyəvi kosmetikalara üstünlük verənlərin üzünün dərisi vaxtından əvvəl qocalır.
4. İdmanla çox məşğul olmaq
Mütəxəssislərin çoxu hər gün idmalma məşğul olmağın orqanizm üçün faydalı olduğunu söyləyirlər. Amma, kosmetoloqlar hər gün davamlı olaraq qaçışla məşğul olanların dərilərinin daha tez qırışdığını söyləyirlər. Onlar orqanizmlərinin məcburən yox, istədikləri üçün idmanla məşçğul olmalarını məsləhət bilirlər.
5. Çoxlu miqdar təzə sıxılmış meyvə şirəsi içmək
Təzə sıxılmış meyvə şirələri orqanizm üçün çox faydalıdır. Onların tərkibində çoxlu vitaminlər və mikroelementlər vardır. Amma, hər gün həddindən çox meyvə şirəsi içmək orqanizmdə fruktozanın miqdarının artmasına səbəb olur ki, bu da dərinin vaxtından əvvəl qırışmasına səbəb olur.
6. Saçları tez qurutmaq
Biz xəstələnməmək üçün saçlarımızı yuduqdan sonra tez bir zamanda qurutmağa çalışırıq. Bunun üçün isə isti fendən istifadə edirik. Saçları yaş halda isti fenlə qurulamaq saçların təbiiliyinin və sağlamlığının itirilməsinə səbəb olur,
7. Çoxlu süd çmək
Süd kalsium və başqa faydalı elementlərlə zəngindir. Bəzi insanlar onu demək olar ki, hər gün və bir-neçə stəkan içirlər. Hər gün davamı olaraq bir-neçə stəkan süd içmək tər vəzilərinin axacaqlarının tutulmasına ssəbəb olur ki, bu da vaxtından əvvəl dərinin qırışmasına səbəb olur.
8. Saçları arxadan “quyruq” şəklində yığmaq
Əgər sizin saçlarınızı uzundursa və siz daima onu arxadan toplayıb yığırsınızsa o zaman saç düzümünüzü dəyişdirmək lazımdır. Çünki, uzun müddət saçları “ quyruq” şəklində yığmaq keçəlləşməyə səbəb olur.
9. Keçmişi unutmamaq
Əgər sizin keçmişinizdə xoşagəlməz hadisələr olubsa və siz onu tez-tez xatırlayırsınızsa, bu vərdişinizdən əl çəkin. Çünki keçmişdə baş verən pis hadisələri daima xatırlamaq insanın fiziki sağlamlığını korlayır. Keçmişi bağışlamamaq insanın əsəblərinin korlanmasına, diabet xəstəliyinin əmələ gəlməsinə və artıq çəkiyə səbəb ola bilir.
10. Ağır çanta gəzdirmək
Qadınların hamısı çanta gəzdirməyi xoşlayır. Onların çantalarının içərisində isə istənilən şeyi tapmaq olar. İri və ağır çantaların içərisinə çoxlu əşya doldurduqda çəkiləri ağır olur. Uzun müddət ağır çəkili çantanı eyni çiyində daşımaq onurğa xəstəliklərinin əmələ gəlməsinə səbəb olur. Buna görə də çantanın ağır olmamasına diqqət yetirmək və hər dəfə bir çiyində gəzdirmək lazımdır.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Sizin gəncliyinizi və sağlamlığınızı əlinizdən alan 10 vərdiş" haqqında müzakirə