Siz səbirli insansınızmı?
1. Ağlınıza maraqlı fikir gəldi, lakin əməkdaşlarınız bunu dəstəkləmədilər. Onları ağılsızlıqda təqsirləndirməyə dəyərmi?
a) bəli, onlar buna layiqdirlərb) xeyr, ola bilsin, onlar düz deyirlər
2. Dostlarınızdan biri istirahət etdiyiniz vaxt voleybol komandası yığmaq fikrinə gəldi. Komandada oynamağa siz bir şərtlə razı olarsınız...
a) orada yalnız güclü oyunçular olacaqb) kim istəsə, oynaya bilər
3. Əgər iş yoldaşlarınızdan biri hansısa insan haqqında sizə pis məlumat çatdırsa, o insana qarşı münasibətiniz dəyişəcək?
a) bəli, özü də mənfi istiqamətdəb) ümumiyyətlə dəyişməyəcək
4. Qeyri-adi makiyaj və saç düzümü olan, olduqca cəsarətli geyimlərə üstünlük verən insanlar sizi qıcıqlandırırmı?
a) söhbət ictimai yerlərdən gedirsə, bəlib) xeyr, ictimai yerlər məhz insanların fərqini hiss etmək üçündür
5. Nəqliyyatda ayağınızı bassalar, özünüzü idarə edə biləcəksiniz?
a) məncə, bu gərəksizdirb) əlbəttə ki, dözmək lazımdır
6. Yol-nəqliyyat hadisəsi baş verdiyi zaman panikaya qapılırsınızmı?
a) bəli, buna ixtiyarım varb) xeyr, bu onsuz da heç nəyi dəyişməyəcək
7. Əgər Allahın təkliyinə inanırsınızsa, sizi ateist və digər dinə qulluq edən insanlar qıcıqlandırırmı?
a) bəli, onlar mühüm şeyləri başa düşmürlərb) xeyr, bu hər kəsin öz işidir
8. İş yoldaşınız sizdən daha üstün vəzifəni tutsa, neyləyəcəksiniz?
a) rəhbərliyin qarşısında ona səhvlərini göstərəcəyəmb) öz səviyyəmə endirəcəyəm
9. Yaşlı insan öz keçmiş dövrünü tərifləyir. Siz onunla mübahisə edəcəksinizmi?
a) bəli, belə məqamlarda susmaq olmazb) xeyr, bu ağılsızlıqdır
10. Yeni qonaq gəldikdə hər kəs fikrini ona yönəldir. Sizin reaksiyanız...
a) yenidən diqqət mərkəzində olmağa çalışacağamb) fürsətdən istifadə edərək istirahət edəcəyəm
Yekun
Əgər "A" cavabları üstünlük təşkil edirsə:
Gərək özünüzə diqqət yetirəsiniz və ideal xüsusiyyətlərinizi yox səviyyəsinə endirən əlamətləri üzə çıxarasınız. Ola bislin ki, o zaman psixoloqun yanına getməyə ehtiyac qalmayacaq.
Əgər "B" cavabları üstünlük təşkil edirsə:
Həqiqətən, sizin səbr etmək bacarığınız xoşbəxtlik əlamətidir. Lakin siz çox sakit deyilsiniz? Bəlkə bu, ətrafdakılara laqeyd yanaşdığınızdan irəli gəlir? Əgər o baxımdan problem yoxdursa, bu cür davam edin!
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Siz səbirli insansınızmı?" haqqında müzakirə