Xəstə uşağa həkimlər diaqnoz qoyduqda şoka düşdülər...
O uzun qollu paltar geyinirdi, bununla da bədənində əmələ gələnləri gizlətməyə çalışırdı. Həkimlər diaqnoz qoyduqda şoka düşdülər...
Şon kollec tələbəsidir. Bir gün o dərisinin altında şişkinliyin əmələ gəldiyini gördü. Bir müddət sonra o şişkinliyi atdığını və bu cür əlamətlərin bədəninin digər hissələrində də əmələ gəldiyini gördü. Şon xərçəng xəstəliyinə yaxalandığını düşünüb həkimə müraciət etdi. Həkimlər onu müayinə etdikdən sonra bu şişkinliklərin kalsium yığıntısı olduğunu söylədilər və bunun bədxassəli şiş toxumsı olmadığını söylədilər. Oğlan isti havalarda belə qolu uzun paltarlar geyinməyə davam elədi və ətrafdakıların diqqətini çəkməyə başladı. Bir müddət keçdikdən sonra isə o dəricində daha iri şişkinliyə rast gəlir və qorxmağa başlayır. Sonra Şonu məşhur dermatoloq Sonya Batra müayinə edir. Həkim Şonun bədənini gördükdə şoka düşür və öz həkimlik praktikasında birinci dəfə belə xəstəliklə rastlaşdığını deyir. Belə ki, Şon ətrafdakılar görməsin deyə paltarla bədənini gizlədərək müalicəsini gecikdirmiş və xəstəliyini müalicə olunmayan dərəcədə irəlilətmişdir. Onun dərisinin altında kalsium toplanmışdır. Kalsiumun miqdarı o qədər artıq olmuşdur ki, prosesi geri qaytarmaq mümkün olmamışdır.Mütəxəssislər dərisində belə patologiyalarla rastlaşan zaman xəstələri qısa zamanda həkimə müraciət etməyə səsləyir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Xəstə uşağa həkimlər diaqnoz qoyduqda şoka düşdülər..." haqqında müzakirə