Dismorfofobiya nədir?
Dismorfofobiya nədir? İnsanın öz bədənindən utanması və intihar
Dismorfofobiya insanın öz bədən quruluşundakı çatışmazlıqları kompleks etməsi və kompleksin onun normal həyatına təsir etməsidir.
Dismorfofobiyanın yeniyetməlik dövründə meydana çıxması insanlarda sağalmaz izlər qoyur. Bu zaman onlar ətrafdakıların tənəsindən utanırlar və bu onların psixikalarında çatışmazlıqların meydana gəlməsinə səbəb olur. Bəzən bu fobiyaya orta yaşlı adamlarda da rast gəlmək mümkün olur. Əksər hallarda dismorfofobiya depressiya və ya intiharlarla yekunlaşır. Statistikanin nəticələri özünə qəsd edənlərin əksəriyyətinin dismorfofobiuyadan əziyyət çəkdiyini təsdiq etmişdir.Dismorfofobiyanın diaqnozunu qoymaq aşağıdakılara əsaslanır:
- * xəstənin öz bədən quruluşuna və xəstəliklərinə qarşı patoloji kompleksləri olur
- * bir və ya bir-neçə fiziki problemə qarşı diqqətin çox olur
- * xəstə öz qüsurunu faciəyə çevirir
- * xəstənin daima öz qüsurları barədə danışaraq ətrafdakıların diqqətini özünə cəlb etmək istəyir
- * xəstənin fikrinin yanlız öz çatışmazlığının və ya eybəcərliyinin üstündə olması
Dismofofobiyanın əlamətləri müxtəlif cür ola bilir. Onlar aşağıdakılarla əlaqədar olur:
- * güzgü
- * şəkillər
- * uydurma fikirlər
- * cəmiyytdən uzaqlaşma
- * pərtlik
- * diqqətin yanlız ö çayışmazlığına yönəlməsi
- * öz deffektini düzəltməyə çalışmağa dirənmək
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Dismorfofobiya nədir?" haqqında müzakirə