Uşaqlığın fibromioması haqqında söylənilən əfsanələr

  • Müəllif: elnare
  • Tarix: 29 may 2017
  • Baxış sayı: 4 791
  • 0 rəy

Uşaqlığın fibromioması haqqında söylənilən əfsanələr

Uşaqlığın mioması ən geniş yayılmış qadın xəstəliyidir. 30-35 yaşından yuxarı qadınarın 70%-i bu xəstəlikdən əziyyət çəkir. Əksər hallarda bu xəstəlik simptomsuz keçir və heç bir əlamət vermir.  XX əsrin sonlarında uşaqlığın mioması təhlükəli xəstəliklərdən hesab edilməyə başladı. Bu səbəbdən də mioma aşkar edilən qadınlrın daima həkim nəzarəti altında olmalarında fayda var. Mioma haqqında çoxlu söz-söhbətlər yayılıb. Onların bəziləri gərçək deyil. Sizləri mioma haqqında söylənilən sözlərlə tanış etmək istəyirik:

Mioma bədxassəlidir

Bu heç də həqiqətə uyğun deyil. Uşaqlığın mioması xoşxassəlidir. Ona cərrahi müdaxilə edildikdə belə bədxassəli şişə çevrilmir. Bu səbələri aydınlaşdırmaq üçün isə mioma düyünündən biopsiya verilməli və müayinə olunmalıdır.

Mioma hormonal pozğunluqda əmələ gəlir

Hər bir momatoz düyün uşaqlığın bir əzələ toxumasından əmələ gəlir. Miomanın əmələ gəlməsində qadınların hormonal pozğunluqlarının rolu var, amma xəstəliyin əmələ gəlməsi birbaşa hormonal pozğunluqlarla əlaqədar deyil.

Miomanı mütləq cərrahi yolla kəsmək lazımdır

Bəzi həkimlər qadının uşaqlığında miomatoz düyün görən zaman onu tez kəsdirməyi məslhət bilirlər. Amma miomanın müalicəsində əsas məqsəd onu kəsmək deyil, düyünü əmələ gətirən səbəbi tapıb aradan qaldırmaqdan ibarətdir.

Mioması olan daima müalicə götürməlidir.

Bu fikir yanlışdır. Əgər mioma düyünü qadında ağrılara, qanaxmaya, daxili orqanlarda sallanmaya səbəb olmayıbsa, o zaman onu kəsdirmək məsləhət deyil.

Miomalı xəstəyə gün vannası qəbul etmək olmaz

Bu fikir də yanlışdır. Günəş çüasının uşaqlıqdakı mioma ilə heç bir əlaqəsi yoxdur. Balanslaşdırılmış qidalanma, idamanla məşğul olma, fiziki əməklə məşğul olmaq, dəniz kənarında gün vannası qəbul eləmək fibromiomaya heç bir mənfi təsir eləmir.

Mioma sonsuzluğa səbəb olur

Uşaqlıqda olan miomatoz düyünlərin hamiləliklə heç bir əlaqəsi yoxdur. Mioma düyünləri uşaqlığın içərisinə doğru inkişaf etdiyi zaman düyünlər iri olduqda uşağı inkişaf edib böyüməyə qoymur. Amma mioma hamiləqalmaq təhlükəsi yaratmır.

Miomadan bitkilər vasitəsilə xilas olmaq olar

Apteklərdə çoxlu miqdarda bioloji aktiv qatqılar və müxtəlif bitki dəmləmələri miomanın müalicəsi adı altında satılır. Amma mütəxəssislər onlara pul və vaxt sərf etməyin mənasız olduğunu söyləyirlər. Belə ki, fibromioma düyünlərini heç bir vasitə ilə yox etmək mümkün deyil. Düyünlər yanlız cərrahi yolla, həkimin məsləhəti olduğu zaman götürülə bilir. Mioma düyünləri əksər hallarda menopauza zamanı geri sorulur.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Uşaqlığın fibromioması haqqında söylənilən əfsanələr" haqqında müzakirə