Almanlar tərəfindən 3 sadə məhsuldan hazırlanan dərman...

  • Müəllif: elnare
  • Tarix: 17 may 2017
  • Baxış sayı: 4 258
  • 0 rəy

Bu dərmanın tərkibi 3 sadə məhsulun qarışımından hazırlanıb, amma, onun orqanizmə faydası çox böyükdür. Dərmanı ilk dəfə Almaniyada...

Bu dərmanın resepti almanlar tərəfindən düşünülüb. Dərmanın tərkibi 3 sadə tərəvəzdən ibarətdir. Bu dərman arteriya damarlarını təmizləyir, qanda xolesterinin miqdarını azaldır, soyuqdəyməni sağaldır. Qarışımdan uzun müddət istifadə edildikdə xroniki yorğunluq əlamətləri aradan qalxır, xroniki infeksiya xəstəliklərinin kəskinləşmə dövründə əmələ gətirdiyi ağırlaşmalar azalır. Dərman immun sistemi möhkəmləndirir, qaraciyəri və orqanizmi toksinlərdən təmizləyir.

Eliksiri hazırlamaq üçün aşağıdakılar lazımdır:

  • * sarımsaq – 4baş
  • * limon – 4 ədəd
  • * zəncəfil – 1 kök
  • * su – 2 litr

Hazırlanması:

Limon yuyulur, toxumları çıxarılır və xırda doğranır. Sarımsağın qabığı soyulur, zəncəfil də xırda doğrandıqdan sonra hamısı birlikdə blenderdə üyüdülür. Sonra qarışım şirli qazana tökülür və üzərinə su əlavə edilib qaynadılır. Qaynayana kimi qarışım qarışdırılmalıdır. Qaynadıqdan sonra soyumağa qoyulur və soyuduqdan sonra tənziflə şüşə butulkalara süzülür və soyuducuda saxlanılır.
Qarışımdan hər gün yeməkdən 2 saat əvvəl acqarna yarım stəkan içilir. İçən zaman sarımsağın iylənməsindən qorxmayın. Onun iyini limon neytrallaşdıracaq
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Almanlar tərəfindən 3 sadə məhsuldan hazırlanan dərman..." haqqında müzakirə