Termometr sındıqda bədbəxtlik baş verməməsi üçün nə etmək lazımdır?
- Müəllif: elnare
- Tarix: 14 may 2017
- Baxış sayı: 17 349
- 0 rəy
Termometr sındıqda bədbəxtlik baş verməməsi üçün nə etmək lazımdır?
Termometrin sınması böyük problem sayılır. Bəzi insanlar hələ də termometr sınarkən təşvişə düşür, onun içindən tökülənləri necə yığmaq lazım olduğunu bilmirlər. Aşağıda termometr sınarkən hansı qaydalara əməl etməyin lazım olduğu qeyd edilib.
- 1. Termometr sınarkən evdə olan bütün adamları həyətə çıxarmaq lazımdır. Bu zaman ev heyvanlarını da yaddan çıxarmaq lazım deyil.
- 2. Termometr sınarkən kondisioneri açmalı və temperaturu 16-18* etmək lazımdır.
- 3. Termometr sınan otağın qapısını bağlamaq və bütün pəncərələrini açmaq lazımdır.
- 4. Termometrin içindən çıxanların evdə, paltarda qalmamasına əmin olun.
- 5. Rezin əlcək və maska taxmaq lazımdır.
- 6. Şüşə bankaya su tökün və yerdən yığdığınız dağıntıları bankaya tökün.
- 7. Yerə tökülənləri şpris vasitəsilə götürüb bankaya yığın.
- 8. Yerdə qalan xırda görüntüləri təmiz yığmaq üçün yaş qubkadan və ya yaş qəzetdən istifadə edin.
- 9. Sonda döşəməni 2 dəfə xlorlu su ilə silin. Döşəməni həftədə 2 dəfə olmaqla bir ay boyu xlorlu su ilə silin.
- 10. Termometrdən çıxan civələr yığılmış bankanı harada gəldi atmaq olmaz.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Termometr sındıqda bədbəxtlik baş verməməsi üçün nə etmək lazımdır?" haqqında müzakirə