Meksikalı həkim görmənin və yaddaşın 80% yaxşılaşması və oynaqlarda ağrıların azalmasına səbəb olan dərman kəşf elədi.

  • Müəllif: elnare
  • Tarix: 12 may 2017
  • Baxış sayı: 9 716
  • 0 rəy

İnsan orqanizmi 40 yaşında olduqda özünü 20 yaşındakı kimi hiss edə bilmir. Buna səbəb isə orqanizmin öz sağlamlığını qoruyub saxlaya bilməməsidir. 20 il müddətində isə bizim orqanizmimizdə bir çox dəyişikliklər gedir. Bizim görməmiz zəifləyir, yaddaşımız əvvəlki kimi olmur, diqqətimizi istədiyimiz kimi toplaya bilmirik. 40 yaşlarında artıq bizim oynaqlarımızda da ağrılar əmələ gəlməyə başlayır. Orqanizmi cavan saxlamaq üçün düzgün qidalanmaya və idmana diqqət yetirmək lazımdır. Yaşlandıqca görməni yaxşılaşdıran qidalar qəbul eləmək lazımdır. Yaş ötdükcə sümük sistemində meydana gələ biləcək xəstəliklərin baş verməməsi üçün bəzi qidalara üstünlük vermək lazımdır. Bunun üçünsə aşağıdakı qidaların qəbuluna üstünlük verilməlidir:

Qoz 

Qoz beyin damarlarını möhkəmləndirir. Onun tərkibində olan Omeqa3 yağı beyin damarlarına müsbət təsir göstərir. Bu da beyinin oksigenlə yaxşı qidalanmasına və yaddaşın möhkəmlənməsinə səbəb olur.

Pomidor

Pomidorun tərkibində likopin var, bu da beyin hüceyrələrinin qorunmasına xidmət edir. Bu da yaddaşı yaxşılaşdırır.

Alma

Almanın tərkibində pektin maddəsi var. Bu maddə həzm sisteminin normal fəaliyyətinə və beynin sağlamlaşmasına səbəb olur.

Rozmarin

Rozmarinlə inholyasiya etmək diqqətin və yaddaşın yaxşılaşmasına səbəb olur.

Çuğundur

Çuğundur qan dövranının yaxşılaşmasına səbəb olur və qan vasitəsilə orqanizmin qidalanmasını təmin edir.

Avokado

Avokado orqanizmin ümumi vəziyyətini yaxşılaşdırır, beyinə qanın yaxşı işləməsini təmin edir.
Meksikalı həkim yaşlandıqca bu meyvələrdən çox istifadə etməyi məsləhət bilir və insanlara aşağıdakı sirop reseptini təqdim edir.

Sirop üçün lazım olanlar:

  • * zəncəfil - 1 çay qaşığı
  • * darçın - 2 çay qaşığı
  • * bal - 3 çay qaşığı
  • * limon - 4 ədəd
  • * xren - 125 qram

Hazırlanması:

Xren və zəncəfil qarışdırılır və üzərinə limon şirəsi sıxılır. Digər məhsullarla birlikdə blenderdə üyüdülür. Sirop hazır olanda şüşə bankaya tökülür. Siropdan gündə 2 dəfə 1 xörək qaşığı yeməkdən əvvəl qəbul edilir. 3 həftə qəbul etdikdən sonra isə orqanizmdəki sağlam dəyişilmənin özünüz də şahidi olacaqsınız.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Meksikalı həkim görmənin və yaddaşın 80% yaxşılaşması və oynaqlarda ağrıların azalmasına səbəb olan dərman kəşf elədi." haqqında müzakirə