Perekisi qulağına tökdü və arzuladığı sağlamlığına qovuşdu
Perekisin faydaları haqqında çox sözlər söylənilir. Sizi onun haqqında bilmədiklərinizlərlə məlumatlandırmaq istəyirik.
1. Meyvə-tərəvəzi yaxşı yuduqdan sonra perekis qatılmış suda bir-neçə dəqiqə saxlayın. Bu vasitə ilə siz meyvə-tərəvəzlərin üstündəki bakteriyalardan xilas ola bilərsiniz. Çünki, bir-neçə dəfə yuyulmasına baxmayaraq bəzi bakteriyaları qida məhsullarının üstündən xaric etmək mümkün olmur.
2. Qulaqların təmizlənməsi bəzən ağrılı olur. Bir-neçə damcı perekisi qulağa damdırmaqla siz təmizlənməni asanlaşdıra bilərsiniz. Bunun üçün qulağınıza 2-3 damcı perekis damızdırın. Perekis oradakı bakteriyaları, kirləri qabardır və siz rahatca qulaqlarınızı təmizləyə bilərsiniz. Bu proses sizin qulaqlarınızda olan göbələk xəstəliyindən də xilas olmağınıza səbəb olacaq.
3. Dırnaqlarınızdakı solğunluqları aradan qaldırmaq istəyirsinizsə o zaman perekis vannası edin. Bu sizin dırnaqlarınızın parıltısını özünə qaytaracaq və dırnaqlarınız təravətli görünəcək.
4. Saçlarınızın rəngini açmaq istəyirsinizsə o zaman bahalı salonlara müraciət etmək lazım deyil. Siz bunun üçün 3%-li perekisdən istifadə edə bilərsiniz.
5. Xalçanizin üstünə qırmızı şərab tökülübsə o zaman perekislə maye sabunu eyni miqdarda qarışdırıb ləkənin üstünə yayın. Bir-neçə dəqiqədən sonra isti su və dəsmalla yuduqda ləkə tamamilə yox olacaq.
6. Piltənin üstündəki ləkəni təmizləmək mümkün olmadıqda perekislə un qarışığından hazırlanan pastanı ləkənin üstünə axşam yapışdırın və səhər sərt dəsmalla silib təmizləyin.
7. Dişlərinizin ağarmasını istəyirsinizsə o zaman perekisi ağzınıza alıb saxlayın, amma udmayın. Bir-neçə dəqiqə ağzınızda qalan perekis dişlərinizi ağardacaq.
8. Diş ağrıları zamanı perekisi eyni miqdarda su ilə qarışdırın ağrayan dişin üstünə qoyun. Bu ağrı hissinin azalmasın səbəb olacaq.
9. Dərinizdə olan yaraların tez sağalmasını istəyirsinizsə, o zaman yaranı perekislə yuyun.
10. Üzünüzdəki makiyajı təmizləmk üçün bahalı təmizləyicilərə pul xərcləyinsə üzünüzü 3 %-li perekislə silıb təmizləyin.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Perekisi qulağına tökdü və arzuladığı sağlamlığına qovuşdu" haqqında müzakirə