Saçları ağarmış kişilərdə ürək xəstəliklərinin daha çox baş verdiyini bilirdinizmi?

  • Müəllif: elnare
  • Tarix: 15 aprel 2017
  • Baxış sayı: 6 774
  • 0 rəy

 Saçları ağarmış kişilərdə ürək xəstəliklərinin daha çox baş verdiyini bilirdinizmi?Misirin həkimləri ürək-damar xəsrələri üzərində apardıqları araşdırmalardan sonra belə qərara gəliblər ki, saçları ağarmış kişilərdə ürək xəstəliklərinə daha çox rast gəlinir. Bu barədə araşdırmaya rəhbərlik edən kardioloq İrini Samuel məlumat verib.
Araşdırmada 545 kişi iştirak edib. Eksperimentdə iştirak edənlərin hamısının analizləri müayinə edilib, tomoqrafiyaları və angioqrafiyaları çəkilib. Araşdırmada iştirak edənlər şəkərli diabet xəstəliyi və pis vərdişləri olmayan kişilər olub.
Araşdırmaların nəticələri saçlarının çox hissəsi ağarmış kişilərin ürək-qan damar sistemində koronar çatışmazlıq olduğunu sübut edib. Araşdırmalar erkən yaşlarından saşlarında ağ tüklər əmələ gəlmiş kişilərin isə daha çox risk altında olduğunu söyləyirlər.
Araşdırmalar saçların ağarmasının DNT-də baş verən zədələnmələr, orqanizmdə baş verən iltihabi proseslər və hormonal dəyişikliklərlə əlaqədar olduğunu sübut edib.
Araşdırmalara əsaslanaraq mütəxəssislər saçlarında ağ tükləri çox olan kişiləri öz sağlamlıqlarına qarşı diqqətli olmağa səsləyir. Saçları ağarmış kişilərdə ürək problemlərinin olmaması üçün onları kardioloq müayinəsinə getməyi məsləhət bilir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Saçları ağarmış kişilərdə ürək xəstəliklərinin daha çox baş verdiyini bilirdinizmi?" haqqında müzakirə