Dırnaq batması nədir, əmələ gəlmə səbəbləri və ev şəraitində müalicəsi

  • Müəllif: elnare
  • Tarix: 11 aprel 2017
  • Baxış sayı: 18 987
  • 0 rəy

 Dırnaq batması nədir, əmələ gəlmə səbəbləri və ev şəraitində müalicəsi.

Dırnağın ətə batması əksər inlğsanlarda meydana gələn və hərəkətlərə mane olan ağrılarla müşahidə edilir. Dırnaq batması adətən ayağın baş barmağında müşahidə edilir. Bu dırnağın böyüdükcə eninə doğru inkişaf etməsindən irəli gəlir.

Dırnaqlar düz qabağa doğru uzandığına görə onu tutarkən qaydalara düzgün əməl olumalıdır. Belə ki, uşaq yaşlarında uşağın dırnaqlarının yalnız qabaq tərəfindən kəsmək lazımdır.

Dırnağın ətə batması həmin nahiyədə ağrıya, qızartıya səbəb olur. Giigyena qaydalarına əməl eləmədikdə isə həmin nahiyədə iltihablaşma əmələ gəlir və xəstənin fiziki hərəkətini məhdudlaşdırır. Drnağın ətə bataraq iltihalmaşması xəstənin vəziyyətinin ağırlaşmasına və dırnağın çıxarılmasına səbəb olur. Çünki iltihablaşma irəliləyərək sümüyə qədər çata bilir. Buna görə də əksər hallarda dırnağın ətə batdığı zaman vaxtında ehtiyat tədbirləri görülür.

Dırnağın ətə batması hansı səbəblərdən baş verir?

  • * dırnağın anadangəlmə quruluşunda çatışmazlıq olduqda
  • * barmaqları sıxan, ucu şiş ayaqqabılar geyindikdə
  • * dırnaqda qalınlaşma olduqda
  • * barmaqlar kök olduqda
  • * dıqnaqlarda göbələk xəstəliyi olduğu zaman
  • * dırnaqlar uşaqlıq yaşlarından düzgün tutulmadıqda

Qarşısını necə almaq olar?

  • * geniş ayaqqabı geyinərək
  • * ayaqları hər gün isti su ilə vanna edərərk
  • * ayaqları yaş saxlamayaraq

Dırnaq batması zamanı özünüz qulluq edərək bu problemin ağırlaşmasının qarşısını ala bilərsiniz. İltihablaşma baş verdikdə isə mütləq həkimə müracit etmək lazımdır.

Ev şəraitində də müxtəlif vasitələrdən istifadə edərən dırnaq batmasının ağırlaşmasının qarşısını ala bilərsiniz. Bunu üçün aşağıdakı qarışımdan istifadə edərək ayaqlarınızı vanna edin.

  • 1) duz vannası
  • *100 qram duz
  • * 1 lit isti su
  • * çobanyastığı, əncir yarpağı, şalfey və şam yarpağı 
Həmin qarışımdan vanna etməzdən əvvəl bir qədər götürüb vannadan sonra pambığa batıraraq dırnaqla ətin arasına qoyub bağlayın.
  • 2) kofe ilə müalicə
  • * 1 xörək qaşığı kofe
  • * 5 ədəd aspirin
Aspirin və kofe dənələri ayrı-ayrılıqda üyüdülüb qarışdırılır. Sonra krem halına gələnə qədər vazilen qatılır və xəstə dırnaq nahiyəsinı qoyulur.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Dırnaq batması nədir, əmələ gəlmə səbəbləri və ev şəraitində müalicəsi" haqqında müzakirə