Hamiləliyin birinci həftəsi nələr baş verir?
Hamiləliyin birinci həftəsi sizin orqanizminizdə nəzərə çarpacaq dəyişiklik verməyə bilr. Amma, birinci həftədə sizin həyatınızı dəyişəcək hadisə baş verir. Yəni doğulacaq uşağın embrionu əmələ gəlir və uşaqlığın divarına yapışır. Bu isə sizin orqanizminizdə qarşıdakı həftələrdə hamiləlik səbəbli baş verəcək dəyişikliklərin meydana çıxmsına səbəb olacaq.
Hamiləliyin birinci həftəsi zamanı dölun görünüşü mikroskopik olur.
Hamiləliyin birinci həftəsi qadınlarda immunitetin az miqdarda düşməsi, yüngül yorğunluq əlamətləri baş verə bilir. Hamiləliyin birinci həftəsi başladığı ilk gündən hipofizin-hipotalamusun nəzarəti altına alınır. Bu da hamiləlik dövründə hormonların mübadiləsinin təmzimlənməsinə səbəb olur.
Hamiləliyin birici həftəsinin olmasını aşağıdakı əlamətlərlə təsdiqləmək mümkün olur:
- Düz bağırsaq vasitəsilə bədənin tempraturu ölçüldükdə 37,0-37,1*temperatur qeyd edilir
- Qanın müayinəsi zamanı hormonların miqdarında dəyişilkilər meydana çıxır
- Sidiyin analizində hamiləliyə uyğun dəyişikliklər baş verir
- Hamiləlik testi ilə yoxladıqda cavab pozitiv çıxır.
Bu dövrdə qadınlar ürəkləri istəyən bütün sağlam qidalardan istifadə edə bilərlər.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Hamiləliyin birinci həftəsi nələr baş verir?" haqqında müzakirə