Toksiki melanodermiya

  • Müəllif: elnare
  • Tarix: 3 yanvar 2017
  • Baxış sayı: 2 023
  • 0 rəy

Toksiki melanodermiya.
Mellanodermiya müəyyən səbəblər üzündən dərinin bir hissəsinin öz rəngini dəyişməsidir. Dərinin hissəvi rəng dəyişməsi müxtəlif xəstəliklər və ya günəş şüalarının təsirindən əmələ gələrsə, piqmentasiya adlanır. Bəzi hallarda dəri rənginin dəyişməsinə müxtəlif toksiki maddələr səbəb olur ki, bu toksiki melanodermiya adlanır. Toksiki melanodermiya adətən müxtəlif zərərli sənaye müəssisələrində işləyən adamlarda rast gəlinir. Toksiki melanodermiyanın baş verməsində aşağıdakı faktorların rolu böyükdür:
– neft və neft tullantıları
– neft məhsulları
– müxtəlif kömür sənayesinin məhsulları.
Xəstəlik ən çox neft emalı zavodunun işçilərində rast gəlinir. Daş kömür, gerosin, neftdən əmələ gələn müxtəlif yağların buraxdığı toksinlər xəstəliyin əmələ gəlməsinə cəbəb olur.
Buna səbəb neft emalı zamanı ayrılan qazların dəri toxumasına toksiki təsiridir. Uzun müddət belə yerdə işləyən adamlar istər-istəməz oradakı zərərli havanın təsirinə məruz qalır. Zəhərli hava insanların ağciyərlərinə daxil olaraq qana keçir və qan vasitəsilə bütün bədənə yayılır. Orqanizm toksiki zəhərlənməyə məruz qaldığca, toksinlər dəridə öz patoloji funksiyalarını yerinə yetirirər. Nəticədə dərinin rəngi bədənin bəzi hissələrində tündləşməyə başlayır.
Diaqnoz:
Xəstəliyə diaqnoz qoymaq üçün hərtərəfli anamnez toplanmalıdır. Xəstələrin həmin müəssisədə nə qədər zaman işləmələrini öyrənmək, müalicənin düzgün istiqamətləndirilməsinə yardım edir.
Müalisə:
Xəstəliyin müalicəsi ilkin olaraq xəstənin işlədiyi mühitdən ayırmaqdan ibarətdir. Toksiki melanodermiya xəstələrinə askorbin turşusu, K,  PP, A, E vitaminləri təyin edilir, orqanizmi möhkəmləndirici vasitələrdən istifadə olunur. Xəstəyə təmizləyici imalələr qoyulur, vitamin və minerallarla zəngin qidalar qəbul etmək tövsiyə edilir. Xəstənin dərisinə sərinləşdirici və 3%-li limon turşusu ilə kompreslərin qoyulması dəridəki ləkələrin rənginin açılmasına yardım edir.
Əgər toksiki təsirlər mərkəzi sinir sisteminə də təsir edibsə, xəstə nervpotoloqdan da müalicə almalıdır.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Toksiki melanodermiya" haqqında müzakirə