Şüalanmanın insan orqanizminə mənfi təsirləri
İonlaşdırıcı şüalar canlı orqanizmdə müxtəlif radiobioloji effektlərlə nəticələnən fiziki-kimyəvi reyaksiyalara səbəb olur. Bu reyaksiyaların orqanizmə göstərdiyi mənfi təsir şüalanmanın səviyyəsindən asılıdır. Şüalanma orqanizmə təsir etdikdə orqanizmin istənilən toxumasında bir sıra kimyəvi və biokimyəvi proseslərə səbəb olur.
Canlı orqanizmin 60-80%-ini su təşkil edir. Məhz su molekulları şüaların ilk və əsas hədəfi olduğuna görə ikl növbədə su molekullarında ionlar və radikallar meydana çıxır. Yüksək aktivliyə malik olan radikallar orqanizmdə molekullarla əlaqəyə girərək onların funksiyasını pozur, bu da öz növbəsində molekulların funksiyalarını pozulmalarına səbəb olur. Şüalanmanın zülallara təsirindən aminturşuların da tərkibi dəyişilir, orqanizmin bütün sistemlərinin əsas tərkib hissəsi olan zülalların parşalanması baş verir. Şüalanma nəticəsində radioloji hüceyrələr özünü irsiyyətin, genin və maddələr mübadiləsinin pozğunluğu şəklində biruzə verir. Orqanizmdə cinsi hüceyrələr, qan hüceyrələri, sümük iliyi, dalaq radioloji şüalanmaya daha çox həssas olduqlarına görə şüanın təsirinə ən tez onlar məruz qalır. Bütün canlı orqanizmlərdə az miqdar da olsa şüalanma var. Kosmos əsrində yaşayan heç bir kəs bundan uzaq qala bilməz. Şüalanma orqanizmdə 1-10 Qr və daha yüksək olarsa bu şüa xəstəliyi sayılır. Şüa xəstəliyi müasir dünyanın ən qorxulu xəstəlikləri sirasındadır.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Şüalanmanın insan orqanizminə mənfi təsirləri" haqqında müzakirə