Qastrointersistal sistemin anatomiyası və fiziologiyası
Qastrointersistal traktın əsas funksiyası qidanın ağız boşluğundan yoğun bağırsağa qədər hərəkət etdirərək suyun və qidalı maddələrin soyulmasını və lazımsız maddələrin eliminasiyasının həyata keçirməkdən ibarətdir.Xüsusi epitelin və saya əzələlərin funksiyasının pozulması qastrointersistal xəstəliklərin əsas patogenetik mexanizmi hesab olunur.Qastrointersistal traktın epital səthi qida,su,onlarla bəbabər qəbul edilən ksenobiotikləri və mikroflora ilə təmasda olur.Epitel qat maye,elektrolitlər və qidalı maddə
lərin absorbsiyasını təmin edir.
Qastrointersistal trakt - bağırsaq sinirləri,paraktin meditorlar və hormonlar ilə nəzarət edilən vahid bir sistem kimi fəaliyyət göstərir.Bu üç sistemin disfunksiyası həm sistemli,həm də lokal xəstəliyə gətirib çıxarır.
Qastrointersistal trakta epitel qatına malik əzələvi boru kimi baxmaq olar.Bağırsaq divarında 10 milyondan 100 milyona qədər neyron mövcuddur.Böyüyən orqanizmdəki təzahürlər onu göstərir ki,hissi sinirlərin onurğa beyin və baş beyinlə qarşılıqlı əlaqəsində baş verən pozğunluqlar funksional qastrointersistral pozğunluqların səbəbi ola bilər.Bağırsaq sinir təhcizatının nəzərə alınmaması bəzi xəstəliklərin müalicəsini gecikdirə bilir.
Qastrointersistal limfa sistemi ümumi limfa toxuma sisteminin bir hissəsidir.Bu sistemin əsas funksiyası qastrointersistal traktda olan antigenləri tanımaq,bunlar arasında differensasiya aparmaqdır.Qastrointersistal traktın immun hüceyrələri bu traktın limfa sistemi ilə birlikdə orqanizmin böyük limfa orqanı hesab olunur.
Qastrointersistal traktın endokrin sistemi unikaldır,çünki intermural stimulyasiyaya,həmçinin də sistemli stimulyasiyaya cavab verir.Bu endokrin hüceyrələrin sekresiyası təkcə epitel,saya əzələ hüceyrələrinə və damar funksiyasına təsir etmir,həm də distal orqanlarla(qara ciyər,mədəaltı vəzi və beyin) bir qədər uzlaşır.
Qastointersistal xəstəliklər zamanı baş verən simptomlar
- ürəkbulanma
- qusma
- öyümə
- requrqitasiya
- ishal
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Qastrointersistal sistemin anatomiyası və fiziologiyası" haqqında müzakirə