Dərinizdəki qırışlardan və səpgilərdən xilas olmaq istəyirsinizmi?O zaman bir miqdar...

  • Müəllif: redaktr
  • Tarix: 18 fevral 2017
  • Baxış sayı: 3 424
  • 0 rəy

Dərinizdəki qırışlardan və səpgilərdən xilas olmaq istəyirsinizmi?O zaman bir miqdar...
Qədim dövrlərdə öz gözəlliyini qoruyub saxlamaq istəyən qadınlar bu işin öhdəsindən özləri gəliblər.Gözəlliyi qoruyub saxlamaq üçün bir çox təbii vasitələr vardır. Bu vasitələrdən biri də mavi gil maskasıdır. Mavi gil maskası dəridə olan qırışları aradan qaldırır və səpgiləri sağaldır.Bunun baş verməsinə isə gilin tərkibində olan müxtəlif mikroelementlər və minerallar səbəb olur.Mavi gilin tərkibi kalsium,dəmir,fosfat,kremin,maqnium və bir-çox faydalı maddələrlə zəngin olduğu üçün üzün dərisini gözəlləşdirmək qabiliyyətinə malikdir. Antioksidant tərkibə malik olduğu üçün mavi gil maskası dəridə olan səpgili yaraların və sızanaqların sağalmasına səbəb olur.
Mavi gil torpağın dərin qatlarından çıxarılır.O Yer üzünün bəzi nöqtələrində torpağın altından çıxarılır.Tərkibində olan zəngin mineralların sayəsində mavi gil maskasından tibbdə və kosmetologiya sahəsində geniş istifadə edilir.Mavi gil maskasından nəinki,gözəlləşmək məqsədilə,hətta müalicəvi məqsədlə istifadə edilir.Maskadan istifadə etməzdən əvvvəl aşağıdakı qaydalara əməl etmək lazımdır:
* Yağlı dəri isti su ilə yuyulur və qurudulur.
* Dəri zeytun və ya şaftalı yağı,süd məhsulları ilə silinir.
* Mavi gil maskası üzə yaxılır və 20-30 dəqiqə saxlanılır.
* Maska üzdə olarkən mimiki əzələlərin hərəkətinə yol verilmir.
* Üz isladılır və ilıq su ilə yuyulur.
* Dəriyə yumşaldıcı krem və ya istənilən bitki yağı sürtülür.
Maskanı hazırlamaq üçün bir miqdar mavi gilin üzərinə ilıq su tökülür və qarışdırılıb krem halına gətirilir.
Mütəxəssislər müxtəlif xoşagəlməz halların baş verməməsi üçün yanlız apteklərdə satılan mavi gildən istifadə etməyi məsləhət görür.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Dərinizdəki qırışlardan və səpgilərdən xilas olmaq istəyirsinizmi?O zaman bir miqdar..." haqqında müzakirə