Ixtioz
Ixtioz (balıq pulcuğu)kseroderma - dərinin pulcuqlaşması ilə xarakterizə olunan xəstəlikdir.Xəstəlik əsasən uşaq yaşlarında başlayır,gənclik dövründə inkişaf edir və ömür boyu sürür.Bu xəstəliyə tutulan uşaqların dərisi sərt və elastikliyini itirmiş olur.Bu zaman sərtləşmiş dəri bir-birindən çatlarla aralanmış olur və dərinin yumşaq toxuması görünür.Çatlar vaxtaşırı yara bağlayır və yara hissələrdən daima su axır.Belə uşaqlar su itkisini və orqanizmin istiliyini təmin edə bilmirlər.
Xəstəlik çox vaxt anadangəlmə olur.İxtioz xəstəliyi ilə dünyaya gələn uşaqların əksəriyyəti doğumdan bir-neçə saat sonra ölür. Sağ qalan uşaqlar isə dərilərində qüsurlarla ömür boyu yaşamağa məhkum olurlar. Dəridə olan quruluq və çatlar xəstələrin üzlərinin eybəcər hala düşməsinə səbəb olur.Xəstəliyin müalicəsi olmadığına görə sağalmayan xəstəliklər siyahısına daxildir.
Əlamətləri
* Piy və tər ifrazı kəskin azalır
* Dəri quru,üzəri dəri pulcuğunu xatırladan dərin lövhə ilə örtülmüş olur.
* Qoltuqaltı,qasıq və oynaq büküşlərindən başqa bütün dərini örtür.
* Üzdə və başın tüklü hissəində qabıqvermə başlayır.
Yayda tər və piy ifrazının artması xəstəliyi yüngülləşdirir.
İxtioz xəstəliyinə diaqnoz qoymaq çətinlik törətmir.
Müalicə xəstənin vəziyyətini yüngülləşdirməkdən ibarətdir.Bu məqsədlə aşağıdakı tədbirlər görülür.
* Çay sodası və yaxud xörək duzundan hazırlanmış isti vanna
* Dərini yumuşaldıcı kremlər
* Dənizdə çimmək
* Balıq yağı,vitaminlər içmək və s.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Ixtioz" haqqında müzakirə