Akne xəstəliyi səpginin müalicəsi

  • Müəllif: elnare
  • Tarix: 3 yanvar 2017
  • Baxış sayı: 3 293
  • 0 rəy

Səpgilər insanların dərisində çəhrayı-qımızımtıl rəngdə xırda qabarcıqlar şəklində olan xoşagəlməz xəstəlikdir.Çoxları elə hesab edir ki dəridə səpgilər gənclik yaşlarında , cinsi yetişgənlik dövründə əmələ gəlir və hormonların fəaliyyəti ilə əlaqədardır.Lakin bu belə deyil.Akne xəstəliyi nəinki yeniyetmələdə,hətta yaşlıarda və azyaşlı uşaqlar da da olur. Bu xəstəlik kəskin və xroniki olur.Akne nədir?

Akne müxtəlif faktorlardan dəridə əmələ gələn sızanaqlardır.Dəridə olan piy axarlarının tutulması və piy kütləsinin bərkiyərək orada qalması akne xəstəliyinin əmələ gəlməsinə səbəb olur. Hər 100 adamdan 85 i mütləq həyatında bir dəfə də olsun bu xəstəliklə üzləşir
Anhe xəstəliyi bir neçə səbəbdən baş verır
– dəridə piy vəzilərinin fəaliyyəti yüksək olanda
– akneni əmələ gətirən bakteriyalar dəriyə düşdükdə
Akne xəstəliyinin əlamətləri aşağıdakılardır:
1 Dəridə qara nöqtələr
2 Sızanaqlar
3 İçərisi irinlə dolu ağrıyan şişkinliklər
4 Dərinin altında olan sızanaqdan böyük şişkinliklər
Xəstəliyin artmaması üçün aşağıdakı şərtlərə əməl edilməlidir
– gundə 2 dəfə üzü yumaq
– tez tez əlləri yumaq
– sızanaqları sıxmaqdan qopartmaqdan çəkinmək
– həftədə ən az 2 dəfə saçları yumaq
– yağlı yeməklərin bişdiyi mətbəxdən uzaq durmaq
– Günəş yanıqlarından uzaq durmaq
– stresdən uzaq durmaq
Akne xəstəliyi uzun müddətə müalicə olur.Müalıcəyə gec tabe olduğuna görə xəstəliyə həssaslıqla yanaşmaq lazımdır.
Müalicəsində aşağıdakı üsullardan istifadə edilir
1 Antibiotiklərdən
2 Antiseptik dəri təmizləyicilərdən

Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Akne xəstəliyi səpginin müalicəsi" haqqında müzakirə