Aortal stenoz
Aotral stenoz ürək qüsusu olanların 20-20% ində aşkar olunur
Kişilərdə qadınlara nisbətən 3-4 dəfə çox rast gəlinir.Aortal stenozun 3 əsas forması ayırd edilir.
1 Qapaq forması Bu adətən anadangəlmə və ya qazanılma olur.
2 Qapaql subaortal Bu anadangəlmə və qazanilma olur
3 Qapaqüstüş.Bu yalnız anadangəlmə olur
Etiologiyası:Qazanılmış aortal stenozun səbəbləri aşağıdakılardır:
1 Revmatizm
2 Aortanın aterosklerozu
3 İnfeksion endokardit və digərləri
Revmatik endokardit qapaq taylarının bitişməsinə səbəb olur.Sonra onlar bərkişir, girdləşir ki,bu da qapaq dəliyinin daralmasına səbəb olurşBəzi hallarda aortal qapaqlarda kalsinoz inkişaf edir və nəticədə aorta ağzının daralması getdikcə çoxalır
Belə oxşar dəyişikliklər , həmçinin infeksion endokardit və aortal stenozu formalaşdıran digər xəstəliklər( revmatoid artrit, qırmızı qurd eşənəyi və s)
Aortanın ateresklerozu qapaq dəliyini kəskin sklerozlaşması,degenerativ prosesiər , kalsinoz və fibrozu ilə müəyyən edilir.
Hemodinamikanın pozulması
Hemodinamikanın ilkin pozulması aorta ağzının daralması dərəcəsindən asılı olub, qanın qovulmasına maneçilik törədir.
Xroniki müqavimətlə həddindən artıq yüklənmə və sistolik divar gərginliyinin artması nəticəsində sol mədəciyin hipertrofiyası inkişaf edir.
Klinikası: Aortal stenoz qapaq dəliyinin normal ölçüsünün üçdə biri qədər daraldığı zaman hemodinamik əhəmiyyət kəsb edir.Sol mədəciyin hipertrofiyası sayəsində mədəcikdaxili təzyiqin artmasına baxmayaraq stenoz uzun illər simptomsuz keçir.Xəstəlik tədricən başlayır. Bu xəstəlik üçün 3 əsas simptom xarakterikdir.
1 Fiziki gərginlik
2 Angoinoz ağrılar
3 Başgicəllənmə və ürəkkeçmə
Müayinəsində EKQ və exokardiaqrammanın nəticələri əsas götürülür.
Müalicəsi:Xəstəlik simptomsuz keçsə belə xəstəyə fiziki iş görmək
qadağan olunurYüngül hallarda medikamentoz terapiya təyin olunur.
Digər ürək qüsurlarında olduğu kimi aortal stenoz da müalicə cərrahi yolladır
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Aortal stenoz" haqqında müzakirə