Feoxromositoma
Feoxromositoma böyrəküstü vəzilərin beyin maddəsinin, pressor aminlər sekresiyaedici fəaliyyətə malik xromafin hüceyrələrinin şişidir. Əksər xəstələrdə şiş böyrəküstü vəzinin beyin maddəsindən inkişaf edir. Şiş inkişaf edib həcmi artdıqda böyrək və sidik kisəsinin divarına doğru inkişaf edir.
Feoxromositoma xoşxassəli şiş hesab olunur. Çox az hallarda bəd xassəli şişə çevrilir. Xəstəlik xoşxassəli olduqda böyrəküstü vəzdə baş verdiyinə baxmayaraq çox hallarda arterial təzyiq vermir. Şiş ölçüsünə görə müxtəlif olur, diametri 2-4 santimetrdən 6-8 santimetrə qədər böyüyür. Xəstəlik hər yaş qrup isanlarda baş verə bilir. Xəstəlikdə arterial təzyiq şişin böyrək damarlarının fəaliyyətini pozduğu zaman meydana çıxır.
Feoxromositoma hipertonik kriz zamanı – ürəkdöyünmə, ürək nahiyəsində ağrılar, baş ağrıları, qusma, üşümə, arterial təzyiqin birdən-birə qalxması ilə özünü biruzə verir. Kriz tutmalar şəklində baş verir, tutmaların davamiyyəti və tezliyi müxtəlif olur. Başlanğıc dövrlərdə azmüddətli olsa da, xəstəlik ağırlaşdıqca tutmanın müddəti də artmağa başlayır.
Diaqnoz: Feoxromositomanın diaqnozunu qoymaq əksər halda çətinliklə qarşılanır. Xəstəliyin əsas əlaməti kimi hipertonik krizlərin baş verməsi əsas sayılır. Bir neçə saat davam edən kriz əlamətləri xəstəliyin ağırlaşdığını bildirir. Diaqnozun qoyuluşunda USM və KT-nin nəticələri əsas götürülür.
Müalicə cərrahi yolla aparılır.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Feoxromositoma" haqqında müzakirə