Uşaqlarda retinopatiya

  • Müəllif: redaktr
  • Tarix: 5 fevral 2017
  • Baxış sayı: 2 284
  • 0 rəy

Uşaqlarda retinopatiya
Uşaqlarda və yeniyetmələrdə retinopatiyanın əmələ gəlməsinə şəkərli deabet xəstəliyi səbəb olur.Azyaşı uşaqlarda şəkər diabet xəstəliyini olması yeniyetmə dövründə retinopatiyanın əmələ gəlməsinə səbəb olur.Bu insulinin qəbulundan asılı olmayaraq baş verir.Bu zaman baş verən retinopatoyanı poliferativ və qeyri-poliferativ olmaqla 2 hissəyə ayırırlar.Xəstəlik müalicəyə tabe olmayaraq xəstənin bir və ya ikitərəfli korluğuna səbəb ola bilir.
Qeyri-poliferativ retinopatiyalar zamanı gözün xırda kapilyarları zədələnir.Bu zaman həmin hissələrdə hiperemiyalaşma müşahidə edilir.Əvəllcə xəstənin görməsi zəifləyir.Vaxtında həkimə müraciət edəndə xəstənin göz dibində patoloji dəyişiklikləri aşkar etmək mümkün olur.Retinopatiya zamanı göz damarlarında qansızma müşahidə edildiyi zaman görmənin müəyyən bir hissəsi korlanır və əgər görmədə sarı ləkə müşayət olunursa bu göz fəaliyyətinin daha da pisləşməsinə səbəb olur.Bu zaman görmə hissi tamamilə zəifləyir və tədricən itir.
Poliferativ retinopatiya isə göz damarlarının işemiyasına səbəb olur.Bu gözün billur qişasının fəaliyyətinin pozulmasına səbəb olur.Retinopatiyanın bu forması qeyri-piliferativ formaya nisbətən daha ağır keçir və müalicə edilmədikdə qısa müddətdə tam korluğa səbəb olur.
Xəstəlik özünü kəskin simptomlarla göstərmir.Xəstələr vaxtaşırı aşağıdakı simptomlardan şikayət edirlər:
- gözlərinin önündə kölgələrin olması
- kitab oxuduqları zaman çətinlik çəkmə
- uzaqgörmənin pisləşməsi
- gözdə görünüən ləkələrin olması
Xəstəliyə diaqnozun qoyulmasında oftolmoloqun müayinəsi əsas götürülür.
Müalicə zamanı lazer fotokoaqulyasiyadan və lazer şüaları ilə müalicədən istifadə edilir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Uşaqlarda retinopatiya" haqqında müzakirə