Dismetobolik polinevropatiyalar

  • Müəllif: redaktr
  • Tarix: 30 yanvar 2017
  • Baxış sayı: 1 861
  • 0 rəy

 Dismetobolik polinevropatiyalar
Dismetobolik polinevropatiyalar dedikdə aşağıdakı səbəbdən baş verən polinevropatiyalar nəzərdə tutulur:
* vitamin çatışmazlığı səbəbindən
* mədə-bağırsaq traktında sorulmasnın pozulması səbəbindən
* hamiləlik distrofiyaları zamanı
* aclıq səbəbli baş verən
* daxili sekresiya vəzilərinin xəstəlikləri səbəbli
* alkohol polinevropatiyası
Bu polinevropatiyalar bəzi hallarda kəskin tiamin çatışmazlığı ilə nəticələnir.Əmələ gələn polinevropatiyaların patogenezində B2,B6,B1,B12,A,PP vitaminlərinin,pantoten çatışmazlığının,eləcə də mineral mübadilə və damar pozğuluqlarının rolu qeyd edilir.Bəzən etil spirti də neyronların metobolizminə mənfi təsir göstərərək alkohol polinevropatiyasının əmələ gəlməsinə səbəb olur.
Polinevropatiya tədricən başlayır.Bəzən baldır əzələlərində ağrılar,sonralar isə zəiflik ayaq boyu artaraq dabanlara qədər çatır.Bu zaman hərəki pozğunluqlar nadir hallarda baş verir,amma vegetativ pozulmalar uzun müddət üstünlük təşkil edir.
Alkohol polinevropatiyası yaddaşın kəskin zəifləməsinə,konfabulyasiya,psixiki pozğunluqlara,qanda transketolazanın fəallığının qanunauyğun şəkildə aşağı düşməsinə,qastrit,mədə xorası,qara ciyər xəstəliklərinin tez-tez baş verməsinə səbəb olur.
Dismetobolik polinevropatiyaların müalicəsində xəstəliyi əmələ gətirən patologiyanı aradan qaldırmaq lazımdır.
Müalicə zamanı C vcitamini,B qrup vitaminləri,metobolik vasitələrdən,fizioterapevtik müalicə üsullarından istifadə edilir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Dismetobolik polinevropatiyalar" haqqında müzakirə