OSTEOPAROZ (sümük əriməsi)

  • Müəllif: admin
  • Tarix: 25 dekabr 2016
  • Baxış sayı: 642 588
  • 0 rəy

OSTEOPAROZ (sümük əriməsi)
Osteoparoz sümük daxilində kalsiumun azalması ilə əmələ gələn xəstəlikdir. Bu xəstəlik zamanı sümüklər kövrəkləşir, sınmağa meyilli olur. 50 yaşdan yuxarı üç qadından biri osteoparozdan əziyyət çəkir.
Əlamətləri: Xəstəliyin əsas əlamətlərindən biri kürək və onurğada olan ağrılardır. Bu ağrıların səbəbinı səifləyən sümükdə mikro sınıqların baş verməsi ilə əlaqələndirirlər. Çünki belə xəstələrin sümük toxumasına mikroskopla baxdıqda çoxlu sınıqlar nəzərə çarpır. Əslində mikrosınıqlar sümük toxuması ilə yenidən bərpa olunmalıdır, amma metobolik pozulmalar buna imkan vermir. Nəticədə mikro sınıqlar makro sınıqlara çevrilir və osteoparozun əlamətləri – beldə və kürəkdə ağrılar, boyun qısalması, zəif qozbellik meydana çıxır.
DİAQNOZU: Osteoparozun diaqnozunu xəstənin ümumu quruluşunu diqqətlə izləyərək qoymaq mümkündür. Xəstənin sümüyündə olan mineralların miqdarını və mikro sınıqları görmək üçün sümük toxumasına baxış diaqnozun dəqiqləşməsində mühüm rol oynayır.
PROFİLAKTİKASI: Sümüklərin kövrəkləşməsinin qarşısını almaq üçün vitamin D, kalsium qəbul etmək lazımdır. Ağ pendir, süd və yoqurt kimi ağartı məhsullarının gündəlik rasionda olması vacibdir.
Osteoparozla xəstələnməyə qadınlar kişilərdən daha çox meyilli olurlar.
Müalicəsində xəstəliyin qarşısını almaq üçün xüsusi preparatlardan istifadə edilir, xəstəyə gündə bir neçə saat gəzinti məısləhət görülür.
Xəstəliyin müalicəsi mümkün olmasa da, sümük ərimə prosesinin qarşısını saxlamaq olur. Bunun üçün düzənli dərman qəbulu və həkimin təyinatlarına əməl eləmək lazımdır.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"OSTEOPAROZ (sümük əriməsi)" haqqında müzakirə