Soyuducunuzun üstünə maqnitli əşya yapışdırmayın! Bu sizin üçün təhlükə törədə bilər. Maqnit sahəsinin..

  • Müəllif: elnare
  • Tarix: 5 may 2017
  • Baxış sayı: 4 822
  • 0 rəy

 Soyuducunuzun üstünə maqnitli əşya yapışdırmayın! Bu sizin üçün təhlükə törədə bilər. Maqnit sahəsinin..

Maqnitin insan orqanizminə mənfi təsiri barədə elmin açıqlamaları yetərincə deyil. Amma, maqnitin insana mənfi təsiri baradə öyrənilən araşdırmalar insanın ondan uzaq durmasına səbəb ola bilir.

İndi insanların çoxu evlərindəki soyuducunun üstünə maqnitli fiqurlar və ya şəkillər yapışdırır. Aşağıdakı məqaləni oxuduqdan sonra əminəm ki, hamı bu vərdişindən əl çəkəcək. Çünki, maqnit insanın ürəyi üçün bir nömrəli təhlükə sayılır.

Maqnit vasitəsilə soyuducunun üstünü bəzəmək xoş görüntü əmələ gətirir. Hətta, bəzi qadınlar nəinki, bəzəkli suveniri, həm də bazarlıq siyahısını da maqnitlə soyuducuya yapışdırır. Maqnitlə soyuducuya nəyi isə yapışdırmaq orqanizm üçün çox təhlükəlidir. Maqnitin 2 növü var. Qara və boz. Qara maqnit insan orqanizmi üçün heç bir təhlükə törətmir. Qara maqnitlə istədiyiniz şeyi soyuducunun üstünə yapışdıra bilərsiniz. Orqanizm üçün təhlükəli olan boz və ya açıq-boz rəngdə olan maqnitdir. Bu maqnitin təhlükəli olması isə onun neodim adlanan materialdan hazırlanmasıdır. Heodim bütün insanlara kardiostimulyator təsir bağışlayır. Bu maqnit insanın ürək döyüntülərini və ürəyin işini pozur.

Maqnit sahəsinin insan orqanizminə təsiri barədə araşdırmalar aparan mütəxəssislər soyuducunun üstünə maqnitlə əşya yapışdırmağın əleyhinə deyillər. Lakin, onlar maqnit seçərkən diqqətli olmağı və ehtiyatla hərəkət etməyi tövsiyə edirlər.
Həkimlər azyaşlı uşaqlar olan evlərdə maqnitlə ehtiyatla davranmağı məsləhət bilirlər. Uşaqların baş tərəflərində maqnit saxlamaq və ya onların maqnitli oyuncaqlarla oynaması çox təhlükəlidir. Buna görə də oyuncaq alarkən diqqətli olmaq lazımıdır.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
loading...

"Soyuducunuzun üstünə maqnitli əşya yapışdırmayın! Bu sizin üçün təhlükə törədə bilər. Maqnit sahəsinin.." haqqında müzakirə