Valeh Mirzəzadə
İXTİSASI
EndokrinoloqİŞ STAJI
41 ilTƏHSİLİ
Azərbaycan Tibb Universiteti.
İştirak etdiyi kurslar, konfranslar:
Hər il keçirilən EASD (European Association for the study of Diabetes) kurslarının iştirakçısı.
Azərbaycanda keçirilən EASD kurslarının təşkilatçısı.
Azərbaycanda həkim-endokrinoloqlar üçün keçirilən təkmilləşdirmə kurslarının mühazirəçisi.
ELMİ FƏALİYYƏT
Beynəlxalq Diabet Federasiyasının daimi üzvü, şəkərli Diabetin öyrənilməsi üzrə Avropa Assosiasiyasının üzvü, Azərbaycan Endokrinoloqlar elmi cəmiyyətinin sədri.
Tibbi elmləri doktoru, professor.
1981-ci ildə Moskva şəhərində elmlər namizədi dissertasiyasını,
1991-ci ildə doktorluq dissertasiyasını müdafiə etmişdir.
150 elmi məqalənin müəllifidir.
30 namizədlik dissertasiyasının elmi məsləhətçisidir.
ÇALIŞDIĞI TİBB MÜƏSSİƏLƏRİ
1974-1975-ci illərdə F.Efendiyev adına 4 saylı xəstəxanada təcrübəçi həkim kimi işləmişdir.
1975-1979-cu illərdə 19 saylı şəhər poliklinikasında,
1979-1989-cu illərdə Bakı şəhəri Endokrinoloji Dispanserində,
1989-1995-ci illərdə A.N.Semaşko adına xəstəxanasında çalışırdı.
1994-2003-cü illərdə Bakı şəhəri təsərrufat hesablı Diabetolojı Bərpa Mərkəzinin direktoru olmuşdur.
2003-2014-cü illərdə “VM Endokrinologiya, Diabet və Metabolizm” mərkəzinin elmi rəhbəri vəzifəsində çalışmışdır.
İXTİSASLAŞDIĞI TİBBİ SAHƏ
1-ci və 2-ci tip şəkərli diabetin və onun ağırlaşmalarının müalicəsi (“diabetik pəncə”nin müasir yolla müalicəsi)
Qalxanvari vəzinin xəstəliklərinin müayinəsi və müalicəsi (düyünlü zob, qalxanvari vəzi kistaları)
Piylənməsi və artıq çəkisi olan xəstələrin individual müalicəsi
Hipotalamus və hipofiz vəzilərinin xəstəlikləri (akromeqaliya, şəkərsiz diabet, prolaktinoma və s.)
Endokrin sonsuzluq
Böyrəküstü vəzi xəstəlikləri (Adison, İsenko-Kuşinq, Konn sindromu, feoxromasitoma və s.)
Hirsutizm və hipertrixoz
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.